FACT-INFO.AZ » QHT » Yaşlıların rifahı dövlətin diqqət mərkəzindədir
11-01-2026, 16:00 | QHT / İQTİSADİYYAT
Yaşlıların rifahı dövlətin diqqət mərkəzindədir

Ölkə əhalisinin sosial rifahının yüksəldilməsi, sosial müdafiə və sosial təminat sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosialyönümlü siyasət nəticəsində ölkəmizdə dinamik iqtisadi inkişafla yanaşı, sosial sahənin bütün istiqamətləri üzrə mühüm və ardıcıl addımlar atılmış, xüsusilə yaşlı əhalinin pensiya təminatının gücləndirilməsinə nail olunmuşdur. Dövlət başçısının 6 fevral 2020-ci il tarixində imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi üçün mühüm zəmin yaratmışdır.

Bu günlərdə cənab Prezidentin yerli televiziya kanallarına verdiyi geniş müsahibə zamanı sosial sahə ilə bağlı səsləndirdiyi fikirlər dövlətin sosial siyasətinin ardıcıl və nəticəyönlü xarakter daşıdığını bir daha təsdiqlədi. Müsahibədə qeyd olundu ki, geridə qoyulan dövrdə sayca beşinci sosial islahat paketi uğurla icra edilib və bu islahatlar 3 milyondan çox vətəndaşın rifahına müsbət təsir göstərib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət nəticəsində 2025-ci ildə minimum pensiya 280 manatdan 320 manata çatdırılmış, bütün pensiyalar indeksləşdirilərək artırılmış, sosial müavinət və təqaüdlərdə də ciddi artımlar edilmişdir. Bildirilmişdir ki, pensiyalarda artım dinamikası 2026-cı ildə də davam edəcək. Mütəxəssislərin proqnozlarına əsasən, cari ildə pensiyaların indeksasiyası təxminən 9,2 faiz səviyyəsində olacaq, orta aylıq pensiya 590 manata, yaşa görə orta aylıq pensiya isə 629 manata çatacaq.

Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması, sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Maliyyə Nazirliyinin hazırladığı “2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”nə əsasən, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15–65 yaş), 9,1 faizi isə 65 və yuxarı yaş qrupuna daxildir. Dünya göstəriciləri ilə müqayisədə bu struktur dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxş hesab olunur.

Xüsusilə qeyd edilməlidir ki, pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdim etməsinə və ya müraciət etməsinə ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik qaydada həyata keçirilir.

Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçıları, o cümlədən hərbi qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarını əhatə etməklə 1 milyondan artıq vətəndaşa şamil olunur. Dövlət bu məqsədlə illik əlavə olaraq 534 milyon manat vəsait ayırmışdır.

Prezidentin sosial kursunun həyata keçirilməsində qanunverici orqan – Milli Məclis də mühüm rol oynayır. Parlamentin ötən ilin fevral ayında qəbul etdiyi və cənab Prezident tərəfindən təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən, 2025-ci il martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən edilmişdir. Bu dəyişiklik 233 min nəfərin pensiyasında artıma səbəb olmuş, 9 min nəfərin pensiyası iki dəfə, 26 min nəfərin pensiyası isə 30 faiz artırılmış, ümumilikdə isə pensiyaçıların böyük bir qisminin gəlirləri 38,5 faiz yüksəlmişdir.

Ölkə Prezidentinin məqsədyönlü və əzmkar fəaliyyəti, bütün sahələrdə inkişafın təmin olunmasına yönəlmiş islahatları Azərbaycanın son illərdə davamlı yüksəlişinə, vətəndaşların, xüsusilə də yaşlı əhalinin sosial rifahının daha da yaxşılaşmasına geniş imkanlar yaradır. Bu müdrik və uzaqgörən siyasətin qarşıdakı dövrdə daha böyük nailiyyətlərlə müşayiət olunacağına tam əminlik vardır.

 

“Ahıllara və Tənhalara” Dəstək İctimai Birliyinin sədri

 Ruhiyyə Məmmədova




Baxış sayı: 255
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30