FACT-INFO.AZ » MEDİA » Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib
9-01-2026, 19:30 | MEDİA
Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib. Toplantını giriş sözü ilə Komissiya sədri, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı açaraq bildirib ki, rəhbərlik etdiyi qurum Prezident İlham Əliyevin ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında və bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ana dilimizlə bağlı həssas məqamlara, xüsusən dövlət başçısının dilimizin qorunmasının vacibliyinə dair fikirlərinə adekvat fəaliyyəti hədəf seçib. Komissiyanın işinin daha səmərəli qurulması üçün onun tərkibinə dilçi alimlər və mütəxəssislər cəlb olunub. V.Mahirqızı eyni zamanda mediadakı dil pozuntuları ilə bağlı bəzi xarakterik məqamlara diqqət çəkib, qurumun üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcəyinə inandığını bildirib.

Fact-info.az 525.az-a istinadən xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli mediada, xüsusən onlayn mediada Azərbaycan ədəbi dilinin qorunmasına yönələn müzakirələrin aparılmasının zəruriliyini vurğulayıb. O, dilimizin saflığının qorunması istiqamətində daha çox praktik addımların atılmasının faydalı ola biləcəyini deyib.

Toplantıda çıxış edənlərdən Dil Komissiyasının üzvləri - Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, həmin təhsil ocağının Filologiya fakültəsinin “Müasir Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Hacıyev, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, əməkdar artist Nərgiz Cəlilova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərov, İTV telekanalının aparıcısı Vüsalə Məmmədova, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, həmçinin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli və Yeganə Hacıyeva media məkanında ana dilindən istifadə sahəsindəki pozuntularla bağlı xarakterik tendensiyalara diqqət çəkib, belə halların aradan qaldırılması üçün sistemli monitorinqlərin aparılmasının, onların nəticələrinin cəmiyyətə çatdırılmasının vacibliyi, habelə jurnalistlərə konkret dil xətalarının əksini tapdığı tövsiyə mətnlərinin ünvanlanmasının əhəmiyyəti üzərində dayanıblar.

Qeyd edək ki, Mətbuat Şurasının Dil Komissiyasının tərkibi Şuranın İdarə Heyətinin bu gün keçirilmiş iclasında təsdiqlənib. Sədr Vüsalə Mahirqızı, sədr müavini Seyfənddin Hüseynli və katib Nadir Yalçın olmaqla, ümumilikdə 12 nəfərdən ibarət olan tərkibdə adları çəkilən şəxslərlə yanaşı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, həmin təhsil ocağının Filologiya fakültəsinin “Müasir Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Hacıyev, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, əməkdar artist Nərgiz Cəlilova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərov, İTV telekanalının aparıcısı Vüsalə Məmmədova, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu ilə yanaşı, MŞ-nin İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev yer alıb.




Baxış sayı: 150
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30