Beynəlxalq Muğam Mərkəzi ilin ilk muğam gecəsini təqdim edib.
Fact-info.az xəbər verir ki, “Azərbaycan muğamı” layihəsi çərçivəsində “Muğamat axşamı” konsertində xanəndələr muğam və təsnif, xalq mahnılarından ibarət proqramla çıxış ediblər.
Ansamblın ifasında “Koroğlu” filmindən bəstəkar Cahangir Cahangirovun əsəri ilə başlanan konsert daha sonra mərkəzin solistlərin ifası ilə davam edib. Əməkdar artist Sevinc Sarıyeva, BMM-nin solistləri Elgiz Əliyev, Nisbət Sədrayeva, IV Televiziya Muğam Müsabiqəsi Qran-Pri mükafatçısı Mirpaşa Şükürov, Muğam Televiziya müsabiqəsinin qalibi Gülnar Qüdrətli və IX Muğam Televiziya müsabiqəsinin laureatı Yusif Cəfərbəylinin ifaları tamaşaçıların alqışları ilə qarşılanıb. Xanəndələri tarda Rüstəm Müslümov, kamançada Araz Ağaverdiyev, qanunda Məhta Məhəmmədəlizadə, balabanda Rafael Əsgərov, nağara Siyavuş Kərimov və qoşa nağarada Saday Bədəlov müşayiət ediblər.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
