FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan və ABŞ arasında əlaqələrin bərpası təsadüfi xarakter daşımır
8-01-2026, 18:00 | SİYASƏT
Azərbaycan və ABŞ arasında əlaqələrin bərpası təsadüfi xarakter daşımır

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində ABŞ ilə ölkəmiz arasındakı münasibətlərdə yeni mərhələnin başladığını və yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq 907-ci düzəlişin hələ də qüvvədə qalmasını ədalətsizlik kimi xarakterizə etdi.

Bu sözləriBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin bərpası təsadüfi xarakter daşımır və ehtimal ki, bədnam “düzəliş” aradan qaldırılacaq.

“ABŞ-Azərbaycan münasibətlərindəki müsbət transformasiyaya nəzər salaraq demək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Zəfər qazanaraq regionda yeni reallıqlar yaratdı. Qlobal siyasi prosesləri diqqətlə izləyən ABŞ bu reallıqlardan səmərəli istifadə etməyə çalışaraq Azərbaycan ilə Ermənistan arasında sülh prosesini məntiqi nəticəyə çatdırmaq üçün Ağ Evdə tərəflər arasında sənəd imzalanmasına nail oldu. Məhz bu sənədin imzalanmasından sonra sülh prosesi sürətləndi. Azərbaycan Mərkəzi Asiyadan Ermənistana dəmir yolu ilə yükdaşımalara icazə verdi. Bunun qarşılığı olaraq Ermənistan da Türkiyə ilə Azərbaycan arasında dəmir yolu əlaqəsinə maneə yaratmayacağını bəyan etdi. Prezident İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizinin də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılması da təsadüfi xarakter daşımır. Bu, Amerikanın artıq regiona nüfuz etdiyini göstərir”, - deyə Cavid Vəliyev qeyd edib.

Avrasiyaya nəzarət etməyə çalışan ABŞ-ın Mərkəzi Asiya respublikalarının və Azərbaycanın maraqlarının üst-üstə düşməsini təmin etməyə çalışdığını deyən şöbə müdiri, buna misal olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu göstərib: “Azərbaycan coğrafi mövqeyi ilə yanaşı infrastruktur layihələri ilə də Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə, Şərqi və Qərbi Avropa ilə birləşdirir. Bütün bunlar ABŞ-ın regionumuza nüfuz etməsi, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması üçün vacib şərtlərdir”.(Azərtac)




Baxış sayı: 140
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031