FACT-INFO.AZ » QHT » Ombudsman uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
8-01-2026, 19:30 | QHT
Ombudsman uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciət yayıb.

Fact-info.az müraciəti təqdim edir:

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən aparılan araşdırmalara əsasən, son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər ciddi narahatlıq doğurur. Hazırkı dövrdə uşaqların rəqəmsal mühitdə üzləşdiyi təhlükələr yalnız texnoloji məsələ deyil, insan hüquqları müstəvisində qiymətləndirilməli olan ciddi problemə çevrilib.

Aparılan müşahidələr, mediada yayımlanan materiallar və mütəxəssis rəyləri göstərir ki, sözügedən platformada uşaqlar texniki risklərlə üzləşməklə yanaşı, həm də psixoloji manipulyasiya hallarının birbaşa təsiri altına düşürlər. Xüsusilə bullinq (təzyiq, təhqir və sosial təcridetmə), qruminq (uşaqların etibarının mərhələli şəkildə qazanılaraq manipulyasiya edilməsi), emosional istismar, qorxu və asılılıq yaratmağa yönəlmiş davranışlar geniş yayılmış təhlükəli tendensiyalardandır. Bu cür psixoloji manipulyasiya formaları uşaqlarda özünəinamın zəifləməsinə, stres, təşviş, qorxu, davranış pozuntuları və uzunmüddətli psixoloji travmalara səbəb ola bilir ki, bu da uşaq hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir.

Qeyd edilməlidir ki, bu məsələ yalnız milli səviyyədə deyil, beynəlxalq miqyasda da ciddi problem kimi qiymətləndirilib. Məhz müvafiq təhlükələr səbəbindən bir sıra dövlətlər, o cümlədən Çin, Rusiya, Türkiyə, İordaniya, Qətər, Oman, İraq və digər ölkələr tərəfindən “Roblox” platforması qadağan edilib və ya məhdudlaşdırılıb, platformada uşaqlar üçün uyğun olmayan kontent və qarşılıqlı ünsiyyət formalarının mövcudluğu, yetkinlik yaşına çatmayanlar arasında yolverilməz və ekstremist məzmunlu materialların yayılması, eləcə də uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqlar əsas kimi göstərilib.

Beləliklə, uşaqların istifadəsi üçün nəzərdə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, effektiv moderasiya mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar və maliyyə manipulyasiyası riskləri uşaqların hüquqlarının pozulmasına zəmin yaradır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir və uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır və dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması və digər qeyd olunmuş prinsiplər uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsipləri kimi təsbit edilib.

Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti dövlət orqanlarını uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə çağırıram.

Eyni zamanda, valideynlərə (onları əvəz edən şəxslər) müraciət edərək bildirirəm ki, uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşılması, valideyn nəzarəti mexanizmlərinin tətbiq edilməsi, uşaqlarla açıq və etibarlı ünsiyyət qurulması və onların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədə maarifləndirilməsi zəruridir.

Bununla yanaşı, media subyektlərinin və jurnalistlərin də bu mövzuda məsuliyyətli mövqe nümayiş etdirməsi, məsələyə uşaqların mənafelərinin üstünlüyü və hüquqlarının müdafiəsi prizmasından yanaşaraq ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməsi olduqca vacibdir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin əhəmiyyətini bir daha vurğulayaraq, aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını bu istiqamətdə zəruri tədbirlər görməklə uşaq hüquqlarının daha etibarlı müdafiəsinə birgə nail olmağa çağırıram”.




Baxış sayı: 125
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30