FACT-INFO.AZ » QHT » BAO İrandakı etirazlarla bağlı müraciət yaydı
8-01-2026, 14:30 | QHT
BAO İrandakı etirazlarla bağlı müraciət yaydı
Bütöv Azərbaycan Ocaqlarının İrandakı etiraz və üsyanlarla bağlı müraciət yayıb. Həmin müraciəti təqdim edirik:
"Son günlər İranın bir çox bölgə və şəhərlərində iqtisadi çətinlik və riyalın ucuzlaşmasıyla bağlı baş verən tətil və etirazlar getdikcə daha geniş vüsət almaqda və kütləvi xalq üsyanlarına çevrilməkdədir. Tehran və başqa şəhərlərdəki bazar və dükanların sahibləri tərəfindən bağlanmasıyla başlayan narazılıq və etiraz dalğası getdikcə böyümüş, tətilçilərin polis və başqa asayiş qüvvələri ilə toqquşmasına gətirib çıxarmışdır. Bəzi məlumatlara görə, 40-a yaxın dinc sakin öldürülmüş, yüzlərlə insan yaralanmış və tutuqlanmışdır.
Bu hadisələr fonunda ABŞ prezidenti D.Tramp bəyanat vermiş və dinc etirazçılara odlu silahlardan atəş açılarsa, onların köməyinə gələcəklərini bildirmişdir. Eyni zamanda, keçmiş şahın oğlu Rza Pəhləvi şəxsiyyətinin bəzi media orqanlarında gündəmə gətirilməsi də diqqəti çəkir. Hətta bu günlərdə o, Mizirdə görünmüş, guya böyük izdiham qarşısında çıxış etmiş və xalqı molla rejiminə qarşı küçə üsyanlarına çağırmışdır.
Öncə bu dəfəki tətil aksiyalarına qoşulmayan Azərbaycan şəhərlərində də son günlər ayaqlanma və etiraz dalğası baş qaldırır. Bununla da ayrı-ayrı bölgələrdəki yerli narazılıq və tətillərin coğrafiyası getdikcə genişlənməkdə, müxtəlif xalqların yaşadığı müxtəlif bölgələri əhatə edən ümumxalq üsyanına çevrilməkdədir. Təsadüf deyil ki, bu gün Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının xalq etirazlarını dəstəkləmək və küçə etirazlarına çağırışla bağlı bəyanatı yayılmışdır.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, həmin çağırışı dəstəkləyir, güneyli soydaşlarımızı getdikcə böyüyən və bütün İranı əhatə edən bu etiraz və üsyan dalğasından kənarda qalmamağa, aksiyalarda fəal iştirak etməyə və öz milli-mədəni hüquqlarını müdafiə etməyə səsləyirik. Eyni zamanda, biz Azərbaycan və Türkiyə Cümhuriyyətləri, eləcə də Türk Dövlətləri Təşkilatını (TDT) İrandakı hadisələrə laqeyd yanaşmamağa, orada yaşayan bütün türklərin, özəlliklə də, Azərbaycan türklərinin haqq səsinə səs verməyə çağırırıq".

 




Baxış sayı: 185
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30