FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Şair Kıyalbek Akmatov: Ədəbiyyat Türk dünyasının mədəni birliyini möhkəmləndirir
7-01-2026, 21:00 | MƏDƏNİYYƏT
Şair Kıyalbek Akmatov: Ədəbiyyat Türk dünyasının mədəni birliyini möhkəmləndirir

Qırğızıstanla Azərbaycanın mədəni yaxınlığı deklarativ deyil, dərin mahiyyət daşıyır, belə ki, bu yaxınlıq dildə, ortaq dəyərlər sistemində və türk xalqlarının tarixən formalaşmış yaddaşında özünü göstərir.

Bu fikirləri Qırğızıstan Respublikasından olan pedaqoji elmlər doktoru professor, şair və nasir Kıyalbek Akmatov deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əsas oxşarlıq qırğızlarla azərbaycanlıların eyni kökdən gələn türkdilli xalqlar olması ilə bağlıdır: “Dillərimiz o qədər yaxındır ki, bir çox hallarda insanlar tərcüməçi olmadan da bir-birini anlaya bilirlər. Hər xalqın tarixinin özünəməxsus cəhətləri var, lakin dünyagörüşü, dini baxışlar və mədəni istiqamətlər baxımından aramızda çoxlu ortaq cəhətlər mövcuddur”.

Qırğızıstana mədəni baxımdan ən yaxın türk dövlətləri barədə danışan professor qeyd edib ki, geniş mənada Qırğızıstana bütün türk ölkələri yaxındır, lakin Qazaxıstanın xüsusi yeri var. O vurğulayıb ki, qazaxlarla qırğızlar arasında dil və ənənə birliyi o qədər güclüdür ki, bu, çox vaxt vahid mədəniyyət kimi qəbul olunur.

“Adət-ənənələrin və mədəni irs elementlərinin böyük əksəriyyəti bizdə ortaqdır, bir çox cəhətlər isə son dərəcə oxşardır. Bəzən hətta digər xalqların nümayəndələri bu iki xalqın mədəni xüsusiyyətlərini aydın şəkildə fərqləndirə bilmirlər”, – deyə Kıyalbek Akmatov bildirib.

Müsahibimiz ayrıca olaraq poeziyanın roluna toxunub. O qeyd edib ki, bu gün Türk dünyasının ortaq kodlarının ən aydın şəkildə müşahidə olunduğu sahələrdən biri məhz poeziyadır. Onun sözlərinə görə, poeziya gənc nəslin yeni formalar və mənalar axtarışına daha fəal üz tutduğu janra çevrilib və bu proses əsas dəyərlərə sədaqətin qorunması ilə müşayiət olunur.

Professor gənc qırğız müəlliflər arasında ən çox müraciət olunan mövzular sırasında Vətən, xalq, sevgi və humanizmi göstərib. Onun fikrincə, bu motivlər Azərbaycan poeziya ənənəsi ilə də səsləşir.

“Azərbaycanlı və qırğız şairlərin əsərlərində Vətənə, xalqa və ana dilinə sevgi, eyni zamanda bu dəyərləri qorumağa çağırış tez-tez səslənir. Gənclər millətin gələcəyinə biganə qalmır və öz münasibətlərini yaradıcılıqda ifadə edirlər”, – deyə o vurğulayıb.

Şairlərin və ədəbiyyatşünasların ümumi mədəni məkanın möhkəmləndirilməsindəki rolundan danışan Kıyalbek Akmatov bildirib ki, son illərdə türk dövlətlərinin müxtəlif istiqamətlər üzrə yaxınlaşması meyli daha aydın şəkildə hiss olunur və bu prosesdə ədəbiyyat ən təsirli körpülərdən birinə çevrilir.

Onun sözlərinə görə, əsərlərin qarşılıqlı yayılması, tərcümələr, ədəbi forumlar və birgə layihələr xalqların bir-birini daha yaxşı tanımasına, tarixi və mənəvi təcrübənin ümumiliyini dərk etməsinə şərait yaradır. Professor xatırladıb ki, bu prosesdə mədəni platformalar və təşəbbüslər, o cümlədən yaradıcı mühitin nümayəndələrini bir araya gətirən çoxsaylı tədbirlər təşkil edən TÜRKSOY mühüm rol oynayır.

Bununla yanaşı, onun sözlərinə görə, “Türkdilli xalqların gənc yazıçılarının ittifaqı” da əhəmiyyətli töhfə verir. Bu qurum kitabların nəşrindən tutmuş forum və görüşlərin keçirilməsinədək bir sıra layihələr həyata keçirərək Türk dünyası ölkələri arasında ədəbi dialoqun genişlənməsinə xidmət edir.(Azərtac)




Baxış sayı: 110
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30