FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan–Qazaxıstan–Türkmənistan əməkdaşlığı Trans-Xəzər marşrutu üzrə real logistik gücə çevrilə bilərmi?
7-01-2026, 12:00 | İQTİSADİYYAT
Azərbaycan–Qazaxıstan–Türkmənistan əməkdaşlığı Trans-Xəzər marşrutu üzrə real logistik gücə çevrilə bilərmi?

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Azərbaycan-Qazaxıstan-Türkmənistan əməkdaşlığının real logistik gücə çevrilməsi mümkündürmü? Bu model uzunmüddətli və dayanıqlı tərəfdaşlıq yaradır, yoxsa hələlik daha çox siyasi razılaşmalar səviyyəsində qalır?

Fact-info.az xəbər verir ki,  nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan–Qazaxıstan–Türkmənistan arasında mövcud əməkdaşlıq real logistik gücə çevrilə bilər və çevrilməlidir. Onun sözlərinə görə, Xəzər dənizi üzərindən limanlar arasında Bakı ilə gündəlik əlaqə mövcuddur və bu bərə əlaqələri hələ ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir.

Ekspert qeyd edib ki, hər bir ölkənin bu marşrutda öz üstünlükləri var: “Məsələn: Bakı ilə Türkmənbaşı limanı arasında məsafə ən qısadır. Qazaxıstan istiqamətində isə hazırda iki liman fəaliyyət göstərir və üçüncü limanın tikintisi nəzərdə tutulur. Bu limanlar Orta Dəhliz üçün strateji əhəmiyyət daşıyır”.

Rauf Ağamirzəyevin sözlərinə görə, Qazaxıstan və Türkmənistan limanları 2014-cü ildən dəmir yolu əlaqəsi ilə birləşdirilib, avtomobil yolları üzrə də ciddi infrastruktur layihələri həyata keçirilir.

“Qaraboğazqol körfəzində körpünün tikintisi bu il tamamlanaraq istifadəyə verilib. Türkmənistandan Qazaxıstan sərhədinə və Qazaxıstandan Türkmənistan sərhədinə gedən avtomobil yollarının isə yaxın bir il ərzində tamamlanması planlaşdırılır. Beləliklə, limanlar həm avtomobil, həm də dəmir yolu ilə əlaqələndirilir ki, bu da yükdaşımaların şaxələndirilməsi üçün mühüm infrastruktur həllidir. Bu üç ölkə arasında əlaqələr nə qədər intensiv olarsa və bürokratik prosedurlar nə qədər sadələşdirilərsə, Şərq–Qərb dəhlizi üzrə daha böyük həcmdə yüklərin daşınması üçün möhkəm zəmin yaranar”, - deyə ekspert vurğulayıb.




Baxış sayı: 140
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30