FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Misirdə Şah İsmayıl Xətainin sağlığında köçürülmüş “Divan”ı aşkar edilib
6-01-2026, 16:00 | MƏDƏNİYYƏT
Misirdə Şah İsmayıl Xətainin sağlığında köçürülmüş “Divan”ı aşkar edilib

Şərq ölkələrinin kitabxana və muzeylərində Azərbaycan alim və ədiblərinin əsərlərindən ibarət zəngin əlyazma kolleksiyaları mühafizə olunur. Bu baxımdan Qahirədə yerləşən Misir Milli Kitabxanası və Arxivlər Mərkəzi xüsusi əhəmiyyət daşıyır.

Bu barədə Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev məlumat verib. Onun sözlərinə görə, Misir Milli Kitabxanasında qorunan yüzlərlə Azərbaycan əlyazması arasında görkəmli dövlət xadimi və şair Şah İsmayıl Xətainin indiyədək elmə məlum olmayan bir “Divan” nüsxəsini tədqiqat zamanı aşkarlayıb.

O qeyd edib ki, Xətai irsinə aid əlyazmalar XVII-XVIII əsrlərdən etibarən tədqiq olunmağa başlanıb. XIX əsrədək Yaxın Şərq müəllifləri bu əlyazmalar haqqında əsasən səthi məlumatlarla kifayətləniblər. Sonrakı dövrdə Avropa və Rusiya şərqşünasları Xətai yaradıcılığının tədqiqində mühüm işlər görüblər. Xətainin əlyazmaları hazırda Bakı, Sankt-Peterburq, Paris, London, Berlin, Vatikan, Daşkənd, İstanbul, Tehran və Təbriz kimi mərkəzlərdə qorunur. Lakin indiyədək şairin sağlığında köçürülmüş “Divan”ının mövcudluğu elmə dəqiq məlum deyildi.

Elnur Mustafayev bildirib ki, Misirdə aşkarlanan “Divan”ın Xətainin sağlığında yazıya alındığını güman etməyə əsas verən ciddi əlamətlər mövcuddur: “Əlyazma dəri üzlüklə cildlənib, nəstəliq xətti ilə, zəngin təhzib və ornamentlərlə tərtib olunub. 39 vərəqdən ibarət nüsxədə Şah İsmayıl Xətaiyə aid 146 şeir yer alır. Əsərin katibi məşhur xəttat Sultan Əli Məşhədidir.

Tarixi mənbələrə görə, Sultan Əli Məşhədi 1520-ci ildə vəfat edib, Şah İsmayıl isə 1524-cü ildə dünyasını dəyişib. Bu fakt, eləcə də əlyazmanın yüksək bədii tərtibatı “Divan”ın Xətainin sağlığında köçürüldüyü ehtimalını gücləndirir. Bundan əlavə, Misir nüsxəsində şeirlərin sayının digər nüsxələrlə müqayisədə az olması, şairin sonralar yazdığı şeirlərin vəfatından sonra divanlara əlavə edildiyini göstərir”.

Sonda Elnur Mustafayev vurğulayıb ki, dünya kitabxana və muzeylərində saxlanılan Azərbaycan klassiklərinin əlyazmalarının aşkara çıxarılması və elmi dövriyyəyə daxil edilməsi milli mədəniyyət tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bu sahədə sistemli tədqiqatlara ciddi ehtiyac var. (Azərtac)




Baxış sayı: 170
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30