FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » 37-ci ilin repressiya qurbanı olan görkəmli şairin bu gün anım günüdür
6-01-2026, 12:00 | TƏDQİQATLAR-ANALITIKA / MƏDƏNİYYƏT
37-ci ilin repressiya qurbanı olan görkəmli şairin bu gün anım günüdür
Böyük istedad sahibi o gənc şair rejimin repressiyasından qurtula bilmədi. Azərbaycan poeziyasının ən güclü nümayəndələrindən olan Mikayıl Müşfiq 1908-ci ildə anadan olub. Qanlı 1937-ci ildə hələ 30 yaşı tamam olmayan günahsız şairin qətlinə fərman verilib. Repressiya tarixini araşdıran zaman mən sıravi vətəndaş olaraq düşünürəm ki, bir millətin yalnız bir əsrdə sözün həqiqi mənasında bu qədər ziyalısını məhv etdikdən sonra bu, millət necə toparlana bilərdi?
Təbii ki, bütün mənəvi itkiləri bərpa etmək, çox dahi insanları əvəz etmək mümkünsüzdür. Amma müşahidələrimiz göstərir, bəlkə də bu, bir ilahi həqiqətdir ki, Azərbaycan xalqı həmin boşluğu zaman keçdikcə doldura bilir.
Repressiya barədə bir sıra tədqiqatçıların müxtəlif fikirləri diqqətimizi cəlb edir. Professor Bədirxan Əhmədli yazır: “Repressiya ilə bağlı sənədlərin, faktların kompleks halda elmi cəhətdən araşdırılması cəmiyyətdə insanlar arasındakı şübhələrə, inamsızlığa bir aydınlıq gətirə bilər. Ancaq deməliyik ki, yazıçı və şairlərlə bağlı bu aydınlığı gətirmək çox çətindir, ona görə ki, repressiyadan əvvəl onların bir-birinə olan münasibətini (burada nəsillərarası təfəkkür, sənətə, formaya münasibət kimi faktorları nəzərdən qaçırmaq olmaz!) çox zaman də repressiyaya qarışdırır, bəzən isə sırf subyektiv mövqedən çıxış edilir. Bütün bunlar isə yazarların repressiyası barədə obyektiv qiymətləndirməyə imkan vermir”.[ http://www.azyb.az/index.php/criticism/post/18]
Gerçəkdən çox gənc, istedadlı şair Mikayıl Müşfiqə qarşı yalnız rejimin deyil, həm də qismən yaşlı yazarların xos olmayan münasibətini müşahidə etmək mümkün idi.
Heç təsadüfi deyil ki, Müşfiqin yaxın dostu Huseyn Cavid deyirdi ki, Müşfiq bir oddur ki, öz-özünü yandıracaq.
Professor Cəlal Qasımov yazır: “XX əsrdə hansı şəxsiyyətlər ilkin olaraq təqib edildi? Həm formaca, həm də məzmunca milli olanlar daha tez təzyiqlərə məruz qalırdılar. 20-ci illərdə bu proses bir qədər yumşaq gedirdi. Həmin illərdə Ə. Cavad, C. Cabbarlı, H. K. Sanılı, Ö. F, Nemanzadə, S. Hüseyn və digərləri dəfələrlə həbs olunsalar da sonradan xəbərdarlıq aldıqdan sonra azadlığa buraxılırdılar. Belə tədbirləri həyata keçirməkdə əsas məqsəd cəmiyyətin məddahlarını hazırlamaq idi”.[ C.Qasımov “Siyasi repressiya həyatda və ədəbiyyatda” Bakı, 2020, “Elm və təhsil”]
Dəyərli araşdımaçı Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” kitabını hər zaman oxuyarkən müəllifə gördüyü işlərə görə ehtiramımı bildirirəm. Belə kitablar ibrət dərsi üçün oxunmalıdır.
Əlqərəz, Müşfiqin üzünə vicdanını itirmiş çoxları durur. Tanınmışlar da, tarixin zibilliyinə düşüb tanınmayanlarda olub. Onlardan biri diqqətimi cəlb etdi. Müşfiqə qarşı çıxanların arasında Hacıkərim Sanılı kimi günahsız bir ziyalı da vardı. Təsəvvür edin, bu vicdanlı adama o dərəcədə dəhşətli işgəncələr verirlər ki, ağrılardan xilas olmaq üçün məcbur qalıb Müşfiqin əleyhinə ifadə verir: Mikayıl Müşfiq qatı millətçi olub. Mənim iştirakımla hər dəfə Müşfiq həvəslə əks-inqilabi fikirlərlə çıxış edərək deyirdi”.[ A. Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” kitabı, Bakı, 2011]
Bu ifadələrdən sonra Sanılıya verilən işgəncə səngiyir. Lakin aldığı zədələr çox keçmir ki, onun həyatına son qoyur. Bu cür donosların sayəsində 1938-ci ildə qısa müddətli davam edən sorğu-sualdan sonra Müşfiq güllələnir. 1938-ci ilin 5 yanvarında saat 11:20-də başlanan məhkəmə 20 dəqiqədən sonra― saat 11:40-da bitir. Qərar isə aydındır.
Bundan sonra isə Müşfiqin ruhunu rahat buraxmırlar. Özü güllələnsə də, təqib növbəsi bacısı və həyat yoldaşına keçmişdi.
Totalitar rejimin ənənəvi repressiya siyasəti olub. Kimlərsə həbs olunursa, onun yaxınları, ailə üzvləri təqibdən qurtula bilmir. Müşfiqə görə, çox keçmir ki, müəllimə işləyən bacısını işdən çıxarırlar. İşdən azad olduğunu bilən Balacaхanım İsmayılzadə (Şükürlü) həmin gün Voroşilov rayon (indiki Səbail) хalq maarif şöbəsinin müdiri olmuş Aхundovaya müraciət edir. Lakin ondan bir müsbət cavab ala bilməyən müəllimə Voroşilov (Səbail) rayon Partiya Komitəsinin katibi Ankişeviçə müraciət edir. Ankişeviç müəllimənin M.Müşfiqin bacısı olduğunu bilib, onu хalq düşməni, əksinqilabçı, antisovetçi kimi təhqir edib, kabinetindən qovur. Bu azmış kimi bir qrup öyrədilmiş şəхsi yanına çağırıb Balacaхanım Şükürlüyə qarşı akt tərtib etdirir. Həmin şəхslər tərəfindən rayon polis şöbəsinə müəllimənin “хuliqanlığı” barədə müraciət edilir.
1906-cı ildə Bakı şəhərində anadan olmuş, bitərəf, evli, orta təhsilli müəllimə İsmayılzadə (Şükürlü) Balacaхanım Qədir qızı Ankişeviçi təhqir etmiş, əksinqilabi, antisovet sözlər deməklə kifayətlənməmiş, mürəkkəbqabını onlara tərəf atmışdır. Bunu nəzərə alaraq qərara alınır ki, Balacaхanım İsmayılzadə (Şükürlü) həbs edilsin.
Məhz “İttihamnamə”də də İsmayılzadə (Şükürlü) əvvəlcə “sestroy razoblaçennoqo vraqa naroda İsmailova Mikaila” yazmaqla B.İsmayılzadəni хuliqanlıq üstə yoх, məhz хalq düşməni Mikayıl İsmayılzadənin bacısı olduğuna görə həbs edildiyi bir daha aydın olur. Məhkəmə Balacaхanım Qədir qızı İsmayılzadəni (Şükürlü) altı il müddətində azadlıqdan məhrum edilməsi üçün qərar çıхarır.
5 iyun 1954-cü ildə bəraət alan Balacaхanım İsmayılzadə (Şükürlü) haqqında H.Abramova, S.Hüseynov, Q.İ.Qolusi tərəfindən verilən şahid ifadələrindən məlum olur ki, müəllimə atılan böhtanlardan biri də “doşlo do takoqo stepeni çto razbila qrafin” ifadəsi olmuşdur. Guya müəllimə həmin şəxslərə qrafin atmış, lakin istənilən nöqtəyə dəyməmiş və nəticədə sınmışdı”.
Əkrəm Bəydəmirli



Baxış sayı: 315
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031