FACT-INFO.AZ » XƏBƏR » Rəcəb Tayyib Ərdoğan: Türkiyə beynəlxalq hüquqa zidd hərəkətləri qəbul etmir
6-01-2026, 09:00 | XƏBƏR
Rəcəb Tayyib Ərdoğan: Türkiyə beynəlxalq hüquqa zidd hərəkətləri qəbul etmir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ankaranın Venesuelada baş verən hadisələrlə bağlı mövqeyini Ağ Ev rəhbərinin diqqətinə çatdırdığını bildirib. 

Fact-info.az xəbər verir ki, Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə çıxış edən dövlət başçısı Venesuelada sabitliyin pozulmasının yolverilməz olduğunu vurğulayıb.

“Cənab Trampa Venesuela məsələsində Ankaranın həssas mövqeyini çatdırdım, bu ölkənin qeyri-sabitlik zolağına sürüklənməsinin yolverilməz olduğunu qeyd etdim. Türkiyə və onun xalqı dost Venesuela xalqının yanında olmağa, bu ölkə əhalisinin inkişafı və rifahının yüksəldilməsinə yönələn səyləri dəstəkləməyə davam edəcək”, – deyə Prezident Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, Nikolas Maduro və ümumilikdə Venesuela xalqı dəfələrlə Türkiyənin dostu olduqlarını təsdiqləyib.

“Türkiyə və Venesuela iki dost dövlət kimi, ölkələrimiz üçün çətin dövrlər də daxil olmaqla, həmrəyliyə hər zaman üstünlük veriblər”, – deyə Rəcəb Tayyib Ərdoğan xatırladıb və Ankaranın bu gün də məhz bu mövqeyə əsaslandığını vurğulayıb.

“Dövlətlərin suveren hüquqlarının və ümumilikdə beynəlxalq hüquq normalarının pozulması qlobal miqyasda ciddi fəsadlara gətirib çıxara biləcək riskli addımdır. Gücün hüquqdan üstün tutulduğu bir dünyada qeyri-sabitlik, böhran və münaqişələr qaçılmazdır. Türkiyə beynəlxalq hüquqa zidd olan heç bir hərəkəti qəbul etmir”, – deyə o, qeyd edib.

Prezident Ərdoğan əlavə edib ki, qlobal arenada qeyri-müəyyənliyin artdığı dövrdə Türkiyə hakimiyyəti milli maraqların müdafiəsi kursunu qətiyyətlə davam etdirir. “Biz güclü bir dövlətin təmsilçiləri olduğumuzu yaxşı dərk edirik. Ölkəmizi müxtəlif beynəlxalq platformalarda şərəf və qürurla təmsil edirik”, – deyə o, bildirib.

Türkiyə Prezidenti ölkə daxilində hökumətə qarşı çıxan qüvvələrin destruktiv mövqeyinə də diqqət çəkib.

“44 günlük Vətən müharibəsi dövründə ölkə daxilində müəyyən dairələr erməni diasporu ilə eyni mövqedən çıxış edərək qardaş Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən Türkiyə hakimiyyətini tənqid edirdilər. Həmin qüvvələr Bəşər Əsəd Suriyadan qaçdıqda isə bizi qonşu ölkənin devrilmiş rəhbərliyi ilə dialoqa çağırırdılar”, – deyə dövlət başçısı bildirib.




Baxış sayı: 80
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30