FACT-INFO.AZ » MƏDƏNİYYƏT » "Əsli-Kərəm” dastanının variantları
5-01-2026, 12:00 | MƏDƏNİYYƏT
"Əsli-Kərəm” dastanının variantları

Görkəmli ədəbiyyatşünas Salman Mümtazın “şahkar dastan” adlandırdığı “Əsli və Kərəm”in ilkin yaranma məkanının Azərbaycan ərazisi olması onun müxtəlif variantlarının araşdırılmasında mühüm mənbə rolunu oynayır. Azərbaycan məhəbbət dastanlarının türkmən baxşılarının repertuarına keçməsi mübahisəsiz fakt kimi qəbul olunur və eyni epik ənənə üzərində inkişaf edən, Şərqi Xəzəryanı sahədə yaşayan iki Oğuz xalqı arasında epos əlaqələrinin olması məhz bu tarixi-mədəni yaxınlıqdan qaynaqlanır.

Bu fikirləriBakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri namizədi Məhəmməd Məmmədov bildirib.

O, qeyd edib ki, dastanda iki sevgilinin nakam taleyinin səbəbi ictimai quruluş, çürük etiqadlar və sərt ehkamlar kimi təqdim olunur: dini-milli təəssüb o qədər güclü verilir ki, Kərəm və Əsli, eləcə də onlara kömək edənlər bu “zənciri” qıra bilmirlər. Əsərin finalında faciəni doğuran əsas amil din xadiminin tikdirdiyi tilsimli paltarın düymələri ilə bağlanır: Kərəm düymələri aça bilmədiyindən alovlanıb yanır, Əsli isə kül içində qalan közün od tutması ilə onun ardınca məhv olur.

“Son dövrlərin araşdırmaları dastanda tez-tez iddia olunan “erməni məsələsi”nin əsas xətt kimi mövcud olmadığını, mətndə daha çox Alban mədəniyyətinin izlərinin izlənildiyini göstərir. Süjetin formalaşması IV əsrdə xristianlığı qəbul etmiş türk mənşəli albanların, VIII əsrdə isə Albaniyanın ərəb işğalı ilə İslamın yayılması fonunda meydana çıxan mürəkkəb tarixi şəraitlə əlaqələndirilir; xüsusən Qarabağ bölgəsində xristian albanların dinlərini qoruması bu kontekstdə xatırladılır”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, “Əsli-Kərəm” təkversiyalı dastanlar sırasında göstərilsə də, onun müxtəlif xalqların epik ənənələri ilə struktur səsləşmələri var. Belə ki, Orta Asiyada geniş yayılmış “Kozi Körpəş və Bayan Sulu” və eləcə də “Tahir-Zöhrə” dastanları ilə yaxın motivlər müşahidə olunur.

M.H.Təhmasibin müqayisələrinə istinadən valideynlərin övladsızlığı, nəzir-niyazla doğuluş, göbəkkəsmə, adaxlanma kimi ortaq struktur məqamları, həmçinin adlar və obraz paralelləri (Körpəş–Kərəm, Sulu–Əsli; Qarabay–Qara Keşiş) önə çəkilib: “Türkmən variantı XV əsrdən xəbər versə də, Azərbaycan variantı daha əvvəl formalaşaraq xalq arasında sevilib və sonradan digər ölkələrə yayılıb. Bəzi türkmən tədqiqatçıları dastanı türkmən xalqının sənət abidəsi kimi təqdim etsələr də, mətndəki yer adları, hadisələrin cərəyan etdiyi məkanlar və Azərbaycana aid etnik elementlər bu iddianı zəiflədir”.

O, görkəmli tədqiqatçı X. Koroğlunun da toponimlər və etnik göstəricilərə əsaslanaraq dastanın bir vaxtlar Azərbaycan ərazisindən gəldiyini vurğuladığını qeyd edir; türkmən variantındakı bəzi qeyri-dəqiqliklərin isə baxşının Azərbaycan mühiti ilə yaxından tanış olmaması ilə izah olunduğunu bildirib.

Variantları arasında bir sıra ortaq struktur məqamları müşahidə olunur. Belə ki, hər iki variantda övladsız Ziyad şah (Ziyad xan) nəzir-niyazdan sonra övlad sahibi olur. İlk görüşün bağda baş verməsi, aşiqin “Kərəm”, məşuqənin isə “Əsli” adı ilə təqdim olunması da bu paralellər sırasındadır. Hər iki mətndə Qara Məlik (Qara Mələk) verdiyi sözün üstündə durmur, Kərəm sevgilisinin ardınca yollanır və yol boyu onun haqqında dağdan, durnadan, ceyrandan və digər işarələrdən xəbər alır. Süjetin digər ortaq xətti kimi, quldurların Kərəmin “haqq aşiqi” olduğunu anlayıb ona köməklik göstərməsi göstərilir. Eyni zamanda, hər iki variantda Əsliyə düymələri tilsimli don geyindirilir və məhz həmin düymələrdən çıxan odun nəticəsində Kərəm yanır. Finala yaxın epizodlarda da paralellik qorunur: paşa Kərəmin ölümündə günahkar sayılan Əslinin ata-anasının cəzalandırılmasına göstəriş verir.

Məhəmməd Məmmədov, həmçinin dastanın yalnız türkmən variantında xoşbəxt sonluğun yer aldığını qeyd edib: “Əsli 40 il Kərəmin günbəzi üstündə göz yaşı tökdükdən sonra Tanrının əmri ilə Kərəm dirilir, Əslinin gəncliyi, gözəlliyi özünə qayıdır və toydan sonra gənclər vətənə dönürlər. Azərbaycan məhəbbət dastanlarında finalın yasla bitməsini təsəvvüfi semantika ilə əlaqələndirmək mümkündür: bu ənənədə əsas məqsəd cismani qovuşma deyil, mənəvi vüsal — yəni Haqqa qovuşmaqdır; qəhrəmanların əsas sınağı da “haqq aşiqi” olmalarının imtahanı kimi yozulur”.




Baxış sayı: 100
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30