Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) 28 vilayətdə qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.
APA xəbər verir ki, bəzi bölgələrdə qar örtüyünün 20 santimetrdən çox olduğu və qar uçqunu riskinin kritik səviyyəyə çatdığı vurğulanıb.
Məlumata əsasən, Qara dəniz bölgəsində Düzcə, Bolu, Zonquldaq, Bartın, Karabük, Kastamonu, Ordu, Giresun, Trabzon, Rize, Artvin, Tokat, Gümüşhane və Bayburt, Mərkəzi Anadolu bölgəsində Sivas, Şərqi Anadolu bölgəsində Ərzincan, Tunceli, Bingöl, Ərzurum, Muş, Bitlis, Ardahan, Qars, Ağrı, Van və Hakkari, Cənub-Şərqi Anadolu bölgəsində isə Siirt və Şırnakda yüksək qar örtüyü olan maili və dik yamaclarda uçqun təhlükəsinin mövcud olduğu bildirilib.
Vətəndaşlara SMS vasitəsilə zəruri xəbərdarlıqlar göndərilib, rəsmi elanların izlənməsi və mümkün təhlükələrə qarşı ehtiyatlı olunması tövsiyə edilib.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
