FACT-INFO.AZ » SİYASƏT » Hikmət Hacıyev: "Biz Tramp administrasiyasının tam dəstəyinə malikik"
3-01-2026, 07:30 | SİYASƏT
Hikmət Hacıyev: "Biz Tramp administrasiyasının tam dəstəyinə malikik"

"Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə sadiqlik nümayiş etdirib".

Fact-info.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "The Washington Times" qəzetinə deyib.

Nəşrin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu işlərinə, ABŞ Konqresində 907-ci düzəlişin ləğvinə doğru atılan addımlara, rəsmi Bakının Rusiya ilə münasibətlərinə, Azərbaycan İsrail əlaqələrinə həsr edilən məqaləsində H.Hacıyevə istinadən ABŞ Prezidentinin bu sülh gündəliyinə dərhal qarşılıq verməsi qiymətləndirilməli məqam kimi qeyd olunub.

Bununla belə H.Hacıyev 907-ci düzəlişin mövcudluğunun sülhə qarşı işlədiyini deyib:

"Hər iki hökumət - Azərbaycan və Ermənistan - sülhü möhkəmləndirmək üçün gərgin iş aparırlar. Lakin Konqresdə bəziləri tamamilə lazımsız və ayrıseçkilik toxumları olan qanunvericilik aktları təqdim edirlər".

H.Hacıyev Bayden-Blinken administrasiyasının Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurduğunu da bəyan edib. O qeyd edib ki, Donald Trampın dövründə istiləşən ABŞ-Azərbaycan münasibətləri əvvəlki administrasiyanın yanaşması ilə kəskin təzad təşkil edir:

"Bayden və Blinken administrasiyası ilə təəssüf ki, çoxlu anlaşılmazlıqlar var idi və onlar münasibətlərə çox ziyan vurdular".

O xatırladıb ki, Bayden administrasiyası Əfqanıstan missiyası bitdikdən dərhal sonra 907-ci maddə məhdudiyyətlərini yenidən tətbiq edib.

H.Hacıyev Tramp administrasiyası ilə pozitiv əməkdaşlıq nümunəsi kimi onun birinci prezidentliyi dövründə administrasiyanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Xəzər qazının Avropa bazarına çatdırılmasında həlledici rol oynadığını xatırladıb.

Azərbaycanın Ermənistanla iqtisadi münasibətlər qurma cəhdlərinə toxunan H.Hacıyev bu ölkəyə neft məhsullarının ixracını, Ermənistan bazarlarına taxıl tranzitinə yaradılan şəraiti qeyd edib.

"Bu simvolik görünə bilər, lakin simvolizmlə yanaşı həqiqətən də mühüm geosiyasi çalarlar var. Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq", - H.Hacıyev bildirib.

Azərbaycanın dini baxımdan tolerantlıq məkanı olduğunu vurğulayan Prezidentin köməkçisi ölkənin qeyri-sabit regionda Qərblə əməkdaşlıq üçün təbii tərəfdaş olduğunu bəyan edib:

"Bizdə yəhudi, xristian və müsəlman icmaları əsrlərdir ki, yanaşı yaşayırlar. Bu bizim ənənəmiz, kimliyimizdir. Bizim sülh gündəliyimiz üçün daha güclü qətiyyətimiz var və biz Tramp administrasiyasının tam dəstəyinə malikik" ("Report").




Baxış sayı: 175
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30