DOST mərkəzlərində göstərilən xidmətlərin sayı bu gündən artaraq 160-dan 162-yə çatıb.
Fact-info.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən, DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına daha iki xidmət əlavə edilib.
Bu xidmətlərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ödənişlərinin təyin edilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə arayışlar verilməsi daxildir.
Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir və hər iki xidməti də bu gündən DOST mərkəzləri göstərəcək.
Xatırladaq ki, qanunvericiliyə edilmiş yeni dəyişikliklər dövlət sektoru üzrə işçilərin istehsalat qəzaları, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığortalanması və sığorta ödənişlərinin 2026-cı il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə edilmiş iki xidmət də bununla əlaqədardır.
Baxış sayı: 180
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
