FACT-INFO.AZ » SİYASƏT » Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti
30-12-2025, 14:30 | SİYASƏT
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti

Milli Məclis dekabrın 30-da keçirilmiş plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib.

Fact-info.az müraciəti təqdim edir:

“Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Azərbaycan xalqının övladlarını vahid amallar naminə birləşməyə səsləyən həmrəylik günü ərəfəsində hər birinizi hörmətlə salamlayırıq.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 34 il öncə başlanmış mənəvi bütövləşmə prosesi xalqımızın milli mənlik şüuruna və tarixi köklərə bağlılığından güc almışdır. Ulu Öndər milli birlik ideologiyasının möhkəm əsaslarını yaratmış, azərbaycanlıların həmrəyliyinə strateji əhəmiyyət vermiş və Azərbaycançılıq məfkurəsini dövlət siyasətinin önəmli bir amilinə çevirmişdir.

Ötən 22 ildə həmin kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl davam etdirilmişdir. Dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsinə, diaspor təşkilatlarının imkanlarının genişləndirilməsinə və beynəlxalq aləmdə rolunun artırılmasına, harada yaşamasından asılı olmayaraq, soydaşlarımızın hüquq və mənafelərinin, təhlükəsizliyinin, milli kimliyinin qorunmasına, onların inkişafına, Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxlamasına, dəfələrlə soyqırımına və deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpasına və zorla tərk etməyə məcbur olduqları ata-baba torpaqlarına dinc qayıdışına dəstək verilməsi xalqımızın birlik və həmrəyliyinin güclənməsinə xidmət edir.

Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmasını, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etmiş İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı Azərbaycan Respublikasının güclü bir dövlət olduğunu, Azərbaycan xalqının öz sözünü qəbul etdirə bilən mütəşəkkil bir qüvvə kimi formalaşdığını və daim öz dövlətini dəstəklədiyini nümayiş etdirmişdir.

Zəngin mədəniyyətin və tükənməz yaradıcılıq enerjisinin daşıyıcısı olan Azərbaycan xalqı bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermişdir. Şərqin bir sıra qüdrətli dövlətləri xalqımızın istedad və zəkasının gücü ilə qurulmuşdur.

Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Hər bir soydaşımız və həmvətənimiz bilir ki, ona arxa duran, şərəf və ləyaqətini qorumağa hazır olan milli dövləti vardır. Odur ki, dünyanın müxtəlif qitələrində məskən salmış soydaşlarımız tarixi Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilməsi, geniş bir bölgədə söz sahibi olması ilə fəxr edirlər.

Onlar yaşadıqları ölkələrdə fəal vətəndaş mövqeyi tutaraq Azərbaycanın milli maraqlarını dəstəkləyirlər. Soydaşlarımızın və həmvətənlərimizin fəaliyyəti Azərbaycan haqqında obyektiv təsəvvürün formalaşmasına, onun nüfuzunun yüksəlməsinə və xarici dövlətlər ilə humanitar, mədəni və ictimai əlaqələrinin genişlənməsinə kömək göstərir.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Ötən dövrdə əldə edilmiş uğurlar Azərbaycan dövlətinin və cəmiyyətinin müasir çağırışlara lazımınca cavab verməyə və davamlı olaraq irəliyə getməyə qadir olduğunu göstərir. Eyni zamanda, müasir inkişaf mərhələsi daha geniş miqyaslı vəzifələrin yerinə yetirilməsi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanın bütün potensialının üzə çıxarılaraq dünyaya daha yaxından tanıdılması, xalqımızın qədim adət-ənənələrinin, gözəl dilinin, zəngin mədəniyyətinin yaşadılması və təbliğ edilməsi sahəsində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın və həmvətənlərimizin bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, milli özgünlüyümüzü uca tutmaq, hər sahədə bir-birinə dəstək olmaqdır. Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sizi milli amallarımızın gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!”.




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30