FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Tbilisidə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib
30-12-2025, 11:30 | MƏDƏNİYYƏT
Tbilisidə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib

Tbilisi şəhərində M.Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə klassik musiqi gecəsi təşkil olunub.

Muzeyin direktor müavini Leyla Əliyeva çıxış edərək tədbirin əhəmiyyətini qeyd edib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək qonaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Səfir Azərbaycan ilə Gürcüstan arasında mövcud olan yüksəksəviyyəli dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib, mədəni-humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Diplomat 2025-ci ildə Azərbaycan dövlətinin qazandığı uğurlardan bəhs edib. 2026-cı ilin də ölkəmiz və xalqımız üçün uğurlu olmasını arzulayıb.

Daha sonra Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyeva çıxış edərək bu cür tədbirlərin milli-mədəni irsin təbliği və gənc istedadların tanıdılması baxımından mühüm rol oynadığını bildiriblər.

Musiqi gecəsi maraqlı konsert proqramı ilə davam edib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Bülbül adına orta ixtisas musiqi məktəbinin və Bakı Musiqi Akademiyasının tələbələri Ü.Hacıbəylinin əsərlərindən parçalar ifa ediblər.

İstedadlı gənclərin təqdim etdiyi klassik musiqi nümunələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbir mədəniyyətlərarası dialoqun və Azərbaycan musiqi irsinin Gürcüstanda təbliği baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30