FACT-INFO.AZ » AKTUAL » Leyla Əliyeva “Euronews”a IDEA-nın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətindən danışıb
27-12-2025, 10:00 | AKTUAL
Leyla Əliyeva “Euronews”a IDEA-nın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətindən danışıb

IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədilə yaradılıb.

Bu fikirləri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Euronews"a müsahibəsində bildirib.

Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb.

“Əvvəldən başa düşürdük ki, ekologiya ayrı-ayrı növlərin xilası və ya iqlim dəyişikliyi ilə mübarizədən qat-qat artıqdır. Bu, həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə necə təsir etdiyimizlə bağlıdır. Bir çox ölkə təəssüf ki, qorunan ərazilərini itirsə də, Azərbaycan onları genişləndirməkdə davam edir. Son illərdə iki yeni milli park açılıb, digərləri isə genişləndirilib.

Gələn il biz Qarabağ Milli Parkının açılışını gözləyirik və bundan sonra Azərbaycanda qorunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən 30 faizini təşkil edəcək. Bu gün bizim diqqətimizi yeni, aktual çağırışlara, xüsusən də Xəzər dənizindəki vəziyyətə – suyun səviyyəsinin aşağı düşməsinə, çirklənməyə və dəniz həyatı, o cümlədən Xəzər suitisi üçün artan təhlükəyə yönəldirik. Bu, heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böhrandır. Biz birlikdə hərəkət etməli və Xəzəri ortaq milli sərvətimiz kimi dəyərləndirməliyik.

Mənə elə gəlir ki, biz indi elə bir məqama çatmışıq ki, ekologiya artıq söhbətdən deyil, fəaliyyətdən ibarətdir. Biz bu barədə kifayət qədər danışmışıq və bu, əlbəttə ki, vacibdir, lakin təbiətin artıq sözə ehtiyacı yoxdur - onun bizim hərəkətlərimizə ehtiyacı var. Əsas odur ki, optimist qalmaq və hər kəsin, hətta tək başına çox şey dəyişə biləcəyini başa düşməkdir. Birlikdə isə möcüzələr yarada bilərik", - deyə Leyla Əliyeva qeyd edib.

Süjetdə Azərbaycanda ətraf mühitin mühafizəsi tədbirlərinin biomüxtəlifliyin qorunmasından çox kənara çıxdığı vurğulanıb. Bildirilib ki, milli institutlar və şirkətlər, xüsusən də IDEA ətraf mühitin mühafizəsi sahəsində həm quruda, həm də dənizdə işləyirlər. Bu işlərin ən bariz nəticələrindən birini ölkə ərazisində milli parkların genişləndirilməsi və mühafizəsində görmək olar.

"Euronews"a açıqlama verən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəis müavini Arzu Babayeva deyib: "Dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, ekoloji təzyiq kimi bir çox ekoloji problemlər mövcuddur. İndi hərəkət etmək vaxtıdır. Gördüyümüz iş özümüz üçün deyil, dünya, təbiət və gələcək nəsillər üçündür".

O, ilk mühafizə zonasının 1910-cu ildə yaradıldığını, sonra isə belə ərazilərin şəbəkəsinin genişləndiyini qeyd edib: "Hazırda 12 milli parkımız, 9 dövlət milli qoruğumuz və 24 dövlət təbiət qoruğumuz var. Bu ərazilərdə nəsli kəsilməkdə olan və nadir növlər, məsələn, imperator qartalı, dağ ceyranları, qonur ayılar, ağ quyruqlu qartallar və başqa canlılar yaşayır".

Süjetdə vurğulanıb ki, hökumət milli parkların yaradılması üzərində işləyərkən IDEA kimi yerli təşkilatların işi daha da təsiredicidir. Belə ki, təşkilat bizonların Azərbaycanın şimal bölgələrinə qaytarılmasına, həmçinin Azərbaycanın ən mühüm sərvəti olan Xəzər dənizinin qorunmasına kömək edir.

WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov telekanal açıqlamasında bildirib ki, Qafqaz bölgəsinin simvolu olan bizon çox qədim zamanlarda Azərbaycanda yaşayıb: "Biz layihəyə 2018-ci ildə başlamışıq və bu ərazi bizonun hələ də bərpa oluna biləcəyi nöqtələrdən biri kimi seçilib. Bundan sonra biz Avropa zooparklarında hələ də Qafqaz bizonu genlərinə malik heyvanlar tapdıq. Ona görə də biz bura yalnız Qafqaz dağ bizonu cinsinin genlərinə malik fərdləri gətirdik. Onlar indi vəhşi təbiətdə yaşayırlar. Yayda Alp qurşağında, soyuq mövsümdə isə qışda meşəyə enərək qışı meşəlik ərazilərdə keçirirlər".

Müəllif qeyd edib ki, IDEA Xəzər dənizində layihələr üzərində işləyərkən eyni yanaşmadan istifadə edib. "Mikroplastik çirklənmə Xəzər dənizinin üzləşdiyi digər əsas problemlərdən biridir. Böyük miqdarda plastik çirklənmə digər ölkələrdən qaynaqlanır və cərəyanlarla Xəzər sahillərinə daşınır. Bu plastikin Xəzər sahilindən təmizlənməsi üçün IDEA-nın rəhbərliyi ilə bir sıra tədbirlər həyata keçirilir", - deyə Coğrafiya İnstitutunun "Caspian Integrated Scientific Network" (CASPISNET)) proqramının koordinatoru Elnur Səfərov bildirib.

Materialda deyilir ki, bu ekoloji təhdidlər tərəfdaşlıq və məsuliyyətdən tutmuş planetin gələcəyinə qədər getdikcə daha geniş mövzuları gündəmə gətirir.




Baxış sayı: 85
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30