FACT-INFO.AZ » CƏMİYYƏT » “Hökumə” poeması qəhrəmanın əziz xatirəsinə ucaldılan söz abidəsidir
26-12-2025, 19:00 | CƏMİYYƏT
“Hökumə” poeması qəhrəmanın əziz xatirəsinə ucaldılan söz abidəsidir

...Həmin gün onun son uçuşu olmalı idi. Bakı Dövlət Universitetinin məzunu olan 33 yaşlı stüardessa həmin uçuşdan sonra öz ixtisası üzrə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi. Lakin tale elə gətirdi ki, dekabrın 25-də Bakı-Qroznı reysi ilə havaya qalxan “Embraer 190” təyyarəsinin ekipaj üzvü, stüardessa Hökumə Əliyevanın həyat yolu Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə başa çatdı. Lakin həmin gün öz missiyasını çox böyük qəhrəmanlıqla yerinə yetirən gənc stüardessanın yanımcıllığı, sərnişinlərə göstərdiyi qayğısının ifadəsi olan hüzr dolu məlahətli səsi əbədi olaraq qulaqlarda, nurlu çöhrəsi, xoş rəftarı isə yaddaşlarda qaldı. Şair-jurnalist Mahir Cavadlı ona həsr etdiyi “Hökumə” poemasında həmin epizodları, təhlükə ilə dolu anları poetik bir dillər qələmə alıb. Poema qəhrəmanın əziz xatirəsinə ucaldılan söz abidəsidir.

Fact-info.az xəbər verir ki, bu fikirlər şair-jurnalist Mahir Cavadlının “Hökumə” poemasının təqdimat mərasimində səslənib.

Əvvəlcə ötən il Aktauda qaza enişi etmək məcburiyyətində qalan təyyarədə həlak olan sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, kitabın redaktoru, Əməkdar jurnalist Zemfira Məhərrəmli, filologiya elmləri namizədi Tahir Şirvanlı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin sədri, yazıçı-publisist Şəhla Ağbulud, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev və başqaları çıxış edərək poemanın sənətkarlıq, eləcə də dil və üslub xüsusiyyətlərindən, müəllifin mövzuya yanaşma tərzindən, onun sözlə bədii lövhələr, tablolar yaratmaq məharətindən bəhs ediblər.

Müəllifin Milli qəhrəmanlara həsr etdiyi ikinci poemasının onun yaradıcılığında xüsusi yer tutduğu vurğulanıb. Poemadan bir hissənin isə bəstəkar, Əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın bəstələdiyi “Son uçuş” mahnısı da onun musiqi üçün də uyarlı bir mətn olduğunu təsdiq edir.

Kitabın müəllifi Mahir Cavadlı çıxış edərək onun qələmə aldığı poemaya verdikləri dəyərə görə toplaşanlara təşəkkür edib.




Baxış sayı: 135
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30