Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərin azadlığa buraxılması ilə bağlı ölkəyə qarşı kampaniyaları aparan şəxslər anlamalıdırlar ki, bu kimi addımlarla qanuna uyğun gəlməyən qərarları Azərbaycan dövlətinə qəbul etdirmək mümkün deyil.
Fact-info.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərin azadlığa buraxılması barədə çağırışların çox şahidi olmuşuq. Ancaq hər bir dövlətin hüququdur ki, ölkə ərazisində insanlıq cinayəti törətmiş şəxsləri həbs etsin. Azərbaycan çox böyük humanistlik edərək 2023-cü ildə antiterror tədbirlərindən sonra siahlı qruplaşmanın üzvü olmuş on mindən çox insanın Ermənistana qayıtmasını təmin edib. Hazırda Azərbaycanda məhkum olunmuş və cinayət prosesi davam edən 23 nəfərə gəldikdə isə onlar ağır cinayət törətmiş şəxslərdir",- o qeyd edib.
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
