ABŞ-ın Avropa təhlükəsizliyinin əsas təminatçısı rolundan tədricən geri çəkilməsi Azərbaycan üçün gözlənilməz olmayıb, lakin artıq əvvəlcədən inkişaf mərhələsində olan prosesləri sürətləndirib.
Fact-info.az xəbər verir ki, bu fikri AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında ABŞ-ın milli təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə eksperti İrina Tsukerman səsləndirib.
Onun sözlərinə görə, Bakı ənənəvi olaraq Vaşinqtonla münasibətləri praqmatik şəkildə qurub və bu əlaqələri yeganə xarici siyasət dayağı kimi dəyərləndirməyib. Nəticədə, Trans-Atlantik təminatların zəifləməsi şok effekti yaratmayıb, lakin Qərb üçün xarakterik olan regional münaqişələrə xarici təzyiqləri azaldıb.
Ekspert qeyd edib ki, mövcud bu vəziyyət Azərbaycanın özünü daha inamlı hiss etdiyi ikitərəfli və çoxtərəfli regional formatlar üçün daha geniş imkanlar yaradır. Enerji müstəvisində ABŞ-ın ikinci plana keçməsi Azərbaycanın Avropa üçün etibarlı enerji resursları təchizatçısı kimi əhəmiyyətini artırır. Bununla yanaşı, İrina Tsukerman vurğulayıb ki, Bakı enerji tərəfdaşlığının siyasi asılılığa çevrilməsinə yol verməməyə çalışır.
Baxış sayı: 25
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
