FACT-INFO.AZ » QHT » “İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimatı olub
25-12-2025, 16:00 | QHT
“İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimatı olub

Fact-info.az xəbər verir ki, 2025-ci il dekabrın 24-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, tədqiqatçı-alim Eldar Nuriyevin müəllifi olduğu, yeni nəşrdən çıxmış “İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimat mərasimi olub.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə silsilə tədbirlər planlaşdırıldığını qeyd edib, bu səpkidə ilk tədbirin məhz Prezident İlham Əliyevin doğum günündə – Böyük Qayıdış mövzusunda olmasının rəmzi mənasına diqqət çəkib: “Azərbaycan QHT-ləri ölkəmizi qələbədən qələbəyə aparan Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Dövlətin QHT-lərə dəstəyi və diqqəti vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. QHT-lər Böyük Qayıdışa güclü ictimai dəstək verir, bu sahədə çoxsaylı layihələr icra edirlər”.

Müəllif Eldar Nuriyev dünyada post-münaqişə bölgələrində qısa müddətdə bu miqyasda işlərin görülməsinə indiyədək rast gəlinmədiyini vurğulayıb, ötən 5 ildə Qarabağ və Şərqi Zəngəzurda 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədlərinin hazırlanmasını və quruculuq işlərinə başlanılmasını tarixi hadisə adlandırıb. O, Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi olan Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsini milli iradənin təntənəsi kimi ətraflı şərh edib. E.Nuriyev “İlham Əliyev və Böyük Qayıdış” kitabında ermənilərin tarixən Azərbaycan torpaqlarına köçürülməsindən indiyədək olan dövrə nəzər saldığını, bu prosesdə mühüm faktların üzərində dayanaraq geniş təhlil etdiyini diqqətə çatdırıb. O, müharibənin qalibi və sülhün müəllifi kimi Prezident İlham Əliyevin xilaskarlıq missiyasına toxunub, Azərbaycanın dövlət başçısının sözünün imzası qədər dəyəri olan siyasi xadim, əsl lider kimi dünyada böyük şöhrət qazandığını bildirib: “Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü – İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirir, ən əlçatmaz arzuları reallığa çevirir. Və bu yaxınlaşan uzaqlardan həm də açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür”.

Təqdimat mərasimində çıxış edən QHT təmsilçiləri kitabda olduqca mühüm faktların yer aldığını bildirib, bu sanballı nəşri Böyük Qayıdış prosesinin real mahiyyətinin izahına əsl töhfə kimi dəyərləndiriblər. Qeyd olunub ki, Tarixi Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışının aydın təzahürüdür.





Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30