FACT-INFO.AZ » AKTUAL » Regionda sabitlik məkrli planlarla deyil, beynəlxalq hüquqa hörmətlə təmin oluna bilər
25-12-2025, 14:30 | AKTUAL
Regionda sabitlik məkrli planlarla deyil, beynəlxalq hüquqa hörmətlə təmin oluna bilər
Hər bir müstəqil ölkənin öz strateji maraqları naminə koalisiyalara qoşulmaq, müxtəlif ittifaqlarda təmsil olunmaq hüququ var. Bu baxımdan İsrail, Kipr və Yunanıstan rəhbərlərinin dekabrın 23-də Qüdsdə görüşü normal qarşılanmalı idi. Amma, lakin vəziyyət göründüyü kimi deyil.
İsrailın baş naziri Benyamin Netanyahu, Kiprin prezidenti Nikos Xristodulidis və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis birgə mətbuat konfransında Orta Şərqdə gərginliyi daha da artıracaq səsləndirdikləri bəyanatlar diqqətdən kənarda qalmır. Həmin ölkə liderlərinin bəyanatlarında “Aralıq dənizində təhlükəsizliyin gücləndirilməsi” fikri səsləndirildi. Hətta imperiyaları bərpa etmək istəyən qüvvələrə mesajlar göndərməyi unutmadılar. Əslində bu üçlər ittifaqının dərdi Türkiyədir.
Heç şübhəsiz ki, qardaş Türkiyənin son dövrlər artan nüfuzu, qlobal güc mərkəzinə çevrilmək imkanlarının genişlənməsi, həmçinin TDT-nin (Türk Dövlətləri Təşkilatı) əhatə dairəsinin möhkəmlənməsi dünyada bir çox qüvvələri narahat edir. Anti-Türkiyə koalisiyasının yaradılmasının səbəblərindən biri də budur. Belə niyyətlə yaradılan ittifaqlar regionda sabitliyə xidmət etmir.
Orta Şərqin elə bil taleyinə münaqişələr, müharibələr, təhdidlər yazılıb. Bəşər Əsəd rejimindən qurtulan Suriyanı təhdid altında saxlamaq, Qəzzanı yer üzündən silərək təxmin 80 minə ( ola bilər rəqəmdə yalnışlıq olsun) yaxın fələstinlini qətlə yetirmək İsrailin indiki hakimiyyətinin siyasətinin nəticəsidir.Tarixin acı təcrübələri bir daha göstərir ki, bölgəyə məkrli planlarla, vurub dağıtmaqla deyil, ədalətli yanaşma, beynəlxalq hüquqa hörmətlə sabitlik əldə etmək mümkündür.
Dünyanın nizam-intizamını qoruyacaq beynəlxalq təşkilatlar, xüsusilə, Birləşmiş Millətlər Təşkilatı (BMT) dişsiz, bivec quruma çevrilib. Deməli, hazırkı dövrdə xarici təcavüzlə üzləşməmək, ayaqüstə qalmaq üçün dünyanın ən güclüləri sırasında olmalısan. Əks təqdirdə təhlükə istənilən vaxt qapını döyə bilər.
Əkrəm Bəydəmirli



Baxış sayı: 185
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30