Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Fact-info.az xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb.
Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Baxış sayı: 195
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
