FACT-INFO.AZ » AKTUAL » Prezident İlham Əliyev xalqımızın qəlbində yaşayan liderdir!
23-12-2025, 19:00 | AKTUAL
Prezident İlham Əliyev xalqımızın qəlbində yaşayan liderdir!

Dinlədim... Qəlbimin dərinliklərinə enərək, bir xalqın fəxarətini, bir zabitin sədaqətini, bir atanın qürurunu, bir oğulun Vətən sevgisini dinlədim. Hər kəlmədə bir ömür vardı, hər cümlədə bir tarix, hər sətirdə bir millətin ruhu danışırdı.

Dekabrın 24-ü — təqvimdə sadə bir tarix kimi görünə bilər. Lakin bu gün Azərbaycan xalqı üçün sadə bir gün deyil. Bu gün, bir millətin taleyini dəyişən, onu zülmətdən nura çıxaran, qürurla “Mən azərbaycanlıyam!” deməyi xalqına sevincə çevirən bir Liderin — Möhtərəm Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.

Mənalı illərini səngərlərdə, ön cəbhədə, Vətənin nəfəsini torpağın qoxusu ilə birləşdirərək keçirmiş ehtiyatda olan polkovnik-leytenant Həsənov Mahir Babayar oğlunun dilindən süzülən bu sözlər sadəcə bir təbrik deyil — bu, bir xalqın Liderinə ünvanladığı təşəkkür məktubudur. Bu məktubda yalnız bir zabitin deyil, həm də onun Vətənə xidmət edən oğlu — əsgər Həsənov Hikmət Mahir oğlunun da ürək döyüntüləri eşidilir.

Bu sətirlərdə bir həqiqət var: əgər bu gün Azərbaycan əsgəri səngərdə əmin-amanlıqla dayanırsa, xalq sabaha ümidlə baxırsa, bu, Cənab Prezidentimizin sarsılmaz iradəsi, müdrik siyasəti və xalqına olan sonsuz sevgisinin bəhrəsidir. O, yalnız Dövlət Başçısı deyil — o, həm də millətin ruhunu özündə daşıyan, tarixin axarını dəyişən bir Şəxsiyyətdir.

Onun rəhbərliyi ilə Azərbaycan yalnız torpaqlarını deyil, həm də milli ləyaqətini, tarixi ədaləti bərpa etdi. Bu gün “Bütöv Azərbaycan” deyə bilirik — çünki bu, artıq bir ideal yox, reallıqdır. Bu reallığın arxasında şəhidlərin müqəddəs qanı, qazilərin fədakarlığı və ən başlıcası, Liderimizin əyilməz iradəsi dayanır.

Cənab Prezidentin şəhid ailələrinə, qazilərə, hərbçilərə və onların ailələrinə göstərdiyi diqqət və qayğı, onun ali insani keyfiyyətlərinin, xalqına olan dərin məhəbbətinin təcəssümüdür. O, xalqın səsinə çevrilmiş iradədir, millətin qəlbində yaşayan Liderdir.

Bu əlamətdar gündə Möhtərəm Cənab Prezidentə sağlam can, tükənməz enerji, müdriklik və gələcək fəaliyyətində uğurlar arzulayırıq. Sizinlə fəxr edirik, Sizinlə güclüyük, Sizinlə Bütöv Azərbaycanıq, Cənab Prezident!

Dinləyib qələmə alan:
Mövsümağa Ədalətoğlu
Yazıçı - publisist




Baxış sayı: 240
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30