FACT-INFO.AZ » MEDİA » "Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır" - Əhməd İsmayılov
23-12-2025, 11:00 | MEDİA / XƏBƏR
"Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır" - Əhməd İsmayılov

"Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır".

Fact-info.az xəbər verir ki, bunu “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı”mövzusunda keçirilən konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, milli mətbuatın zəngin tarixi irsi müasir dövrdə daha böyük məsuliyyət tələb edir:

“Rəqəmsal media mühitinin sürətli genişlənməsi, informasiyanın operativliyinin çox zaman dəqiqlik meyarını üstələməsi, sosial media platformalarının ictimai rəyə təsir imkanlarının artması informasiya mübadiləsini kollektiv məsuliyyətə əsaslanan bir prosesə çevirir. Bu şəraitdə məlumatın mənbəyindən asılı olmayaraq onun düzgünlüyünün, obyektivliyinin və ictimai faydasının qorunması prioritet məsələ kimi ön plana çıxır.

Mövcud qlobal informasiya təhdidləri və yeni reallıqlar fonunda ölkəmizin informasiya mühitinin qorunması, vətəndaşların düzgün, etibarlı və obyektiv məlumata çıxış imkanlarının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Media subyektlərinin cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə dolğun və məsuliyyətli şəkildə təmin etməsi ilə əhalinin media savadlılığının artırılması prosesi bir-birini tamamlayan və qarşılıqlı şəkildə gücləndirən mexanizmlər kimi çıxış edir.

Xüsusilə süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi mövcud mərhələdə sağlam informasiya mühitinin qorunması, etik normalara riayət olunması və doğru məlumatların təşviqi strateji əhəmiyyət daşıyır. Bu kontekstdə media savadlılığının gücləndirilməsi yalnız peşəkar jurnalistlərin deyil, eyni zamanda məlumat istehlakçısı olan geniş auditoriyanın da üzərinə düşən məsuliyyət kimi dəyərləndirilməlidir. Sorğulayıcı düşünmə bacarığı, məlumatın mənbəyini və məqsədini dəyərləndirmək vərdişləri müasir cəmiyyətin dayanıqlılığını şərtləndirən əsas amillərdəndir.

Qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alan dezinformasiyaya qarşı mübarizədə media savadlılığının artırılması, media məzmununun dəyərləndirilməsi ilə bağlı davamlı və sistemli maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi ölkəmizdə prioritet istiqamətlərdən biri olaraq müəyyən edilib. 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” qanunda media savadlılığı anlayışının ilk dəfə hüquqi müstəvidə təsbit edilməsi və bu sahədə dövlət tədbirlərinin həyata keçirilməsinin Medianın İnkişafı Agentliyinə həvalə olunması bu istiqamətdə atılmış mühüm institusional addımdır” (APA)




Baxış sayı: 165
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30