Amerika Birləşmiş Ştatları, Misir, Qətər və Türkiyə nümayəndələri Mayamidə Qəzzada atəşkəsin birinci mərhələsini nəzərdən keçirmək və ikinci mərhələyə hazırlıqları irəli aparmaq üçün görüşüblər. Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkofun yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, birinci mərhələdə humanitar yardımın genişləndirilməsi, girovların qaytarılması, qüvvələrin qismən geri çəkilməsi və hərbi əməliyyatların azaldılması da daxil olmaqla irəliləyişlər əldə edilib.
İkinci mərhələ ilə bağlı Qəzzanın bərpası, regional sabitlik, ticarətin asanlaşdırılması, infrastrukturun inkişafı və ortaq resurslar üzrə əməkdaşlıq da daxil olmaqla regional inteqrasiya tədbirləri müzakirə olunub.
Tərəflər Sülh Şurasının yaxın müddətdə yaradılmasını və fəaliyyətə başlamasını dəstəklədiklərini bildiriblər. Müzakirədə Qəzza üçün Hərtərəfli Sülh Planının mərhələli şəkildə həyata keçirilməsində növbəti addımlar nəzərdən keçirilib.
Ölkələr 20 maddəlik sülh planının bütövlüyünə tam sadiq olduqlarını təsdiqləyib. İkinci mərhələnin həyata keçirilməsini irəli aparmaq üçün növbəti həftələrdə əlavə məsləhətləşmələr davam etdiriləcək.
Baxış sayı: 90
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
