FACT-INFO.AZ » İQTİSADİYYAT » “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib
19-12-2025, 20:00 | İQTİSADİYYAT
“İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib

Dekabrın 19-da parlamentdə Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib.

Fact-info.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin, Milli Məclis Aparatının, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nümayəndələri, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat institutlarının rəhbərləri, Qida Təhlükəsizliyi Agentliyinin, Gəncə Dövlət Aqrar Kollecinin və digər əlaqədar qurumların əməkdaşları iştirak ediblər.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahədə həyata keçirilən layihələrin, görülən işlərin əhəmiyyəti, əldə olunan nailiyyətlər, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatının inkişafı barədə danışıb. O, bu sahədə kadrların hazırlanmasında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rolu barədə fikirlərini bölüşüb.

Sonra tədbirdə ADAU-nun fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov slaydların müşayiəti ilə bu universitetin ölkəmizdə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasında rolu, maddi-texniki bazası, bu təhsil ocağının inkişaf strategiyası, orada təhsildə keyfiyyətin yüksəldilməsi, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi sahələrində görülən işlər, mütərəqqi modellərin tətbiqi, ADAU və Türkiyənin EGE Universiteti arasında həyata keçirilən ikili diplom proqramının uğurları barədə geniş məlumat verib. Rektor universitetin beynəlxalq rəqabətliliyinin artırılması, orada beynəlxalq təcrübəli alimlərin elmi seminarlarının keçirilməsi, aqrar sahədə aparılan elmi tədqiqatların əhəmiyyəti, universitetin nəzdindəki Gəncə Dövlət Aqrar Kollecinin kadr hazırlığı sahəsindəki fəaliyyəti barədə danışıb.

Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış edərək, ADAU-nun yaranma tarixi, onun keçdiyi inkişaf yolu, universitetin potensial imkanları və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, bu təhsil ocağına ölkəmizdə aqrar sahədə kadr hazırlığı işində uğurlar arzulayıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aqraryönümlü ali təhsil müəssisələrinin ölkəmiz üçün strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir müavini bu sahədə Kənd Təsərrüfatı Nazirliyinin ADAU ilə sıx əməkdaşlığı, ərzaq təhlükəsizliyinin təmin olunmasının önəmi, ölkəmizdə digər universitetlərdə kənd təsərrüfatı üzrə kadr hazırlığı ilə məşğul olan fakültələrin əhəmiyyəti barədə danışıb.

Mövzu ərafında aparılan müzakirələrdə çıxış edən Milli Məclisin deputatları Fariz İsmayılzadə, Fatma Yıldırım, Razi Nurullayev, Jalə Əliyeva, Mehriban Vəliyeva, Vüqar İsgəndərov, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Aydın Hüseynov, Naqif Həmzəyev, Əkinçilik Elmi-tədqiqat institutunun direktoru Faiq Xudayev, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova rəy və təkliflərini səsləndiriblər.

Sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova tədbirdə səsləndirilən fikirlərə münasibətini bildirib.

İctimai dinləməyə yekun vuran komitə sədri Tahir Rzayev bu tədbirin aqrar sektorda ixtisaslı kadrların hazırlanmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.




Baxış sayı: 110
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30