FACT-INFO.AZ » QHT » Müdafiə və təhlükəsizlik sisteminin möhkəmləndirilməsi Azərbaycanın suverenliyinin təminatıdır
19-12-2025, 19:00 | QHT
Müdafiə və təhlükəsizlik sisteminin möhkəmləndirilməsi Azərbaycanın suverenliyinin təminatıdır

Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətləri ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması, eləcə də vətəndaşların rifahının təmin olunmasıdır. Bu məqsədlərə nail olmaq üçün güclü ordu quruculuğu, müdafiə və təhlükəsizlik sisteminin davamlı şəkildə möhkəmləndirilməsi dövlət siyasətinin əsas sütunlarından biri kimi müəyyənləşdirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev Milli Məclisdəki çıxışlarında sərhədlərin möhkəmləndirilməsinin, müasir texnologiyalara və silah sistemlərinə əsaslanan təhlükəsizlik mexanizmlərinin qurulmasının son dərəcə vacib olduğunu dəfələrlə vurğulayıb. Müdafiə və təhlükəsizlik sahəsində əsas hədəf NATO standartlarına uyğun, çevik və yüksək döyüş qabiliyyətinə malik müasir ordunun formalaşdırılmasıdır.

Arzu Nağıyev bildirib ki, Komando qoşun növlərinin yaradılması, milli kadr potensialının yetişdirilməsi və Silahlı Qüvvələrin müasir silahlarla tam şəkildə təchiz olunması bu siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun silahlanmasında Türkiyə, Pakistan, İsrail və bir sıra Avropa ölkələri ilə əməkdaşlıq prioritet hesab olunur və bu xətt ardıcıl şəkildə davam etdirilir.

“Müdafiə siyasətinin mühüm tərkib hissələrindən biri də hərbi sənaye kompleksinin inkişafıdır. Əvvəllər Azərbaycan əsasən silah idxal edən ölkə idi. Bu gün isə o, artıq silah ixrac edən dövlət kimi çıxış edir. Hərbi sənaye məhsullarımız beynəlxalq sərgilərdə nümayiş olunur və bu sahədə ixrac imkanlarının genişləndirilməsi istiqamətində addımlar atılır”, – deyə Arzu Nağıyev qeyd edib.

Deputat diqqətə çatdırıb ki, işğaldan azad edilmiş torpaqlarda Komando hərbi hissələrinin yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmin olunması xüsusi maliyyə vəsaiti tələb edir. Bu baxımdan 2026-cı il dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması zəruri addım kimi qiymətləndirilməlidir.

Arzu Nağıyev bildirib ki, 2026-cı ilin büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 8 milyard 717 milyon manat səviyyəsində müəyyənləşdirilib və bu məbləğə əlavə olaraq 47 milyon manat vəsait nəzərdə tutulub. Onun sözlərinə görə, bu artım əvvəlki illərlə müqayisədə ümumilikdə 320 milyon manatdan çox vəsait deməkdir.

Deputat bəzi dairələrin “sülh danışıqları fonunda niyə hərbi xərclər artırılır” sualına da münasibət bildirib. O deyib: “Bu, sülh büdcəsidir. Regionda və sərhədlərimizə yaxın ərazilərdə davam edən münaqişələr, müasir dünyada güc amilinin önəminin artması göstərir ki, təhlükəsizlik daim möhkəmləndirilməlidir. Müasir dövrdə kibertəhlükəsizlik də milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib və bu sahədə müasir texnologiyaların tətbiqi zəruridir. 2020-ci ildə qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri Azərbaycanın NATO standartlarına uyğun, dünyanın ən güclü orduları sırasında yer alan Silahlı Qüvvələrə malik olduğunu bir daha sübut edib”.

Deputat əlavə edib ki, strateji əhəmiyyətli ərazilərdə hava limanlarının inşası, xüsusi xidmət orqanlarının və hüquq-mühafizə strukturlarının gücləndirilməsi də ümumi təhlükəsizlik sisteminin əsas elementlərindəndir. “Azərbaycan vətəndaşı bilir ki, onun arxasında güclü ordu, xüsusi xidmət orqanları və hüquq-mühafizə strukturları dayanır. Bu sistemin mərkəzində isə güclü siyasi iradəyə malik Ali Baş Komandan – Azərbaycan Prezidenti İlham Əliyev dayanır”, - deyə Arzu Nağıyev vurğulayıb.




Baxış sayı: 100
Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Bu gün, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Bu gün, 08:30 “Çal qılıncın, yetdim!.." Dünən, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib Dünən, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib Dünən, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Dünən, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Dünən, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Dünən, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Dünən, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Dünən, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Dünən, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930