Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qlobal təhlükəsizlik arxitekturasının nüvə çəkindirməsinə etibar edə bilməyəcəyini bildirib və tam nüvə tərksilahına doğru daha intensiv səylər göstərilməsinə çağırıb.Fact
Fact-info.az xəbər verir ki, bu barədə Qazaxıstan lideri Tokioda Birləşmiş Millətlər Universitetində mühazirə oxuyarkən bildirib.
"Qlobal təhlükəsizlik arxitekturası nüvə çəkindirmə sisteminə etibar edə bilməz. Beynəlxalq ictimaiyyət nüvə silahsızlaşdırılması istiqamətində səylərini artırmalı və Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinin qüvvəyə minməsini təmin etməlidir"- deyib.
Hazırda Yaponiyada rəsmi səfərdə olan Qazaxıstan lideri vurğulayıb ki, "Qazaxıstan nüvə gücləri arasında yüksək səviyyəli dialoqun bərpasına və nüvə silahlarının istifadəsi və sınaqdan keçirilməsi təhlükəsinin aradan qaldırılması üçün daha qətiyyətli çoxtərəfli tədbirlərin görülməsinə çağırır".
Baxış sayı: 135
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
