FACT-INFO.AZ » AKTUAL » Vətənə həsr olunmuş mənalı ömür yolu
19-12-2025, 19:30 | AKTUAL
Vətənə həsr olunmuş mənalı ömür yolu
Vətən – bu müqəddəs kəlmə hər bir azərbaycanlının qəlbində müqəddəs bir and kimi yaşayır. Bu torpağın hər qarışı, hər daşı, hər zərrəsi şəhid qanı ilə yoğrulmuş, igid oğulların cəsarəti ilə qorunmuşdur. Bu igidlərdən biri də Həsənov Mahir Babayar oğludur – ömrünü Vətənə xidmətə həsr etmiş, səngərlərdə böyümüş, dağlarda qocalmış, lakin ruhu daim gənc və döyüşkən qalmış bir qəhrəmandır.
1993-cü ilin avqust ayında hərbi xidmətə başlayan Mahir Həsənov, 2015-ci ilin noyabr ayına qədər – düz 22 il boyunca ön cəbhədə, Vətənin ən qaynar nöqtələrində xidmət etmişdir. O, sadəcə bir əsgər deyil, əsl vətənpərvər, əsgərlərinə ata, qardaş, dost olmuş bir komandir idi. Polkovnik-leytenant rütbəsi ilə Silahlı Qüvvələrdən təxris olunan Mahir Həsənov, bu illər ərzində təkcə hərbi xidmətini deyil, həm də mənəvi borcunu yerinə yetirmişdir. Belə ki, Vətənin keşiyində dayanaraq, onun hər qarış torpağını canı - qanı bahasına qorumuşdur.
Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından, Müdafiə Nazirinin əmri ilə bir sıra medallarla –
- “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal,
- “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal,
- “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal,
- Silahlı Qüvvələrin 10, 90 və 95 illik yubiley medalları
ilə təltif olunmuş, həmçinin çoxsaylı Fəxri Fərmanlara layiq görülmüşdür. Bu təltiflər Mahir Həsənovun fədakarlığının, peşəkarlığının və Vətənə sədaqətinin rəmzidir.
Təxris olunduqdan sonra belə, Mahir Həsənov Vətənə olan borcunu bitmiş saymamışdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində könüllü olaraq ön cəbhəyə yollanmış, bir daha sübut etmişdir ki, Vətən sevgisi nə rütbə tanıyır, nə yaş. O, yenidən səngərlərə qayıdaraq, gənc əsgərlərlə çiyin-çiyinə döyüşmüş, onları ruhlandıraraq əsl qəhrəmanlıq nümunəsi göstərmişdir.
Mahir Həsənovun həyat fəlsəfəsi sadə, lakin dərin və mənalıdır: “Vətəni sevməyən ailəsini də sevə bilməz!” Bu sözlər onun həyatının, amalının və əqidəsinin təcəssümüdür. O, öz canını Vətənə sipər etməklə yanaşı, ailəsində də vətənpərvərlik ruhunu yaşatmış, oğlu Hikmətə körpə yaşlarından bu müqəddəs sevgini aşılamışdır. Bu gün Hikmət atasının yolunu davam etdirərək, Vətənin keşiyində dayanır, doğma torpaqlarını qürurla qoruyur.
Mahir Həsənovun həyat yolu – səngərlərdə keçən gənclik illəri, şaxtada, boranda əsgərləri ilə bölüşdüyü çörək, gecə-gündüz demədən qoruduğu sərhədlər – bir qəhrəmanlıq dastanıdır. O, təkcə silahı ilə deyil, ürəyi ilə də döyüşmüş, əsgərlərinə yalnız komandir deyil, həm də böyük qardaş olmuşdur. Çünki o bilirdi ki, Vətəni sevən insan, onun vətəndaşını da sevməlidir.
Salyan torpağında dünyaya göz açan Mahir Həsənov, bu torpağın ruhunu, nəfəsini, sədaqətini özündə daşıyır. Onun ömrü, bir öyüd-nəsihət kitabı kimi gələcək nəsillərə örnəkdir. Mahir müəllim sübut etdi ki, Vətən sevgisi sadəcə sözlə deyil, əməllə göstərilməlidir. Və bu əməllər tarixə yazılır, yaddaşlarda əbədi qalır.
*Bəziləri Vətəni sevir, bəziləri isə Vətən olur. Mahir Həsənov Vətənin özü kimi yaşadı.
*Onun addımları torpağın yaddaşına həkk olundu, nəfəsi dağların zirvəsində, səngərlərin sükutunda yaşayır.*
*O, təkcə bir ömür yaşamadı – o, bir millətin qürur salnaməsinə çevrildi.*
*Hər səhər günəş doğanda, onun kimi igidlərin ruhu bu torpaqlarda yenidən doğulur.
*Çünki Vətən, onu sevənlərin nəfəsi ilə nəfəs alır.*
Bu gün biz Mahir Həsənov kimi igidlərin sayəsində azad və müstəqil bir ölkədə yaşayırıq. Onların fədakarlığı, sədaqəti və qəhrəmanlığı bizim milli kimliyimizin, dövlətçiliyimizin təməlidir. Mahir Həsənovun adı, onun kimi igidlərin adı, Azərbaycan tarixində qızıl hərflərlə yazılmışdır. Onlar bizim qürurumuz, iftixarımız, gələcək nəsillərə örnək olan əsl Vətən oğullarıdır.
Vətən – bir ömürlük sevgidir. Mahir Həsənov isə bu sevginin canlı təcəssümüdür.
Mövsümağa Ədalətoğlu,
Yazıçı - publisist
Baxış sayı: 235
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli
Dünən, 20:30
Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər
Dünən, 17:30
Ermənistanın konstitusiya riskləri
Dünən, 17:00
Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır
Dünən, 16:30
“İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir
Dünən, 16:00
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Dünən, 14:30
Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək
Dünən, 13:00
Bu gün Azərbaycan Kəlağayısı Günüdür
Dünən, 11:00
Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
Dünən, 11:00
Kəlbəcərdə sərgilər təşkil olunub
Dünən, 10:00
Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır
25-11-2026, 21:00
Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ
25-11-2026, 18:30
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
25-11-2026, 17:30
Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
25-11-2026, 17:30
Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir
25-11-2026, 13:30
Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
25-11-2026, 11:30
İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub
25-11-2026, 10:00
Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür
25-11-2026, 09:30
Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub
25-11-2026, 08:30
Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir"
25-11-2026, 08:00
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır
24-11-2026, 19:30
Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir
24-11-2026, 19:00
Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək
24-11-2026, 18:30
Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır”
24-11-2026, 17:00
Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil
24-11-2026, 16:30
Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
24-11-2026, 14:00
Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
24-11-2026, 12:00
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
24-11-2026, 11:30
Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik
24-11-2026, 08:30
Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM
24-11-2026, 08:30
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
