Parisdə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, pianoçu Səidə Zülfüqarovanın təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə musiqi axşamı keçirilib. Fact-info.az xəbər verir ki, musiqi axşamı Üzeyir Hacıbəylinin musiqi irsinin əsas incilərindən olan “Aşıqsayağı” əsəri ilə açılıb. Azərbaycan musiqi ənənəsində dərin köklərə malik bu simvolik əsər milli musiqi irsi ilə XX əsr müasirliyi arasında bədii dialoq ovqatı bəxş edib.
Həmçinin, Dmitri Şostakoviç, Oktay Zülfüqarov və Azər Rzayevin əsərləri də səsləndirilib. Bu seçim Avropa və Azərbaycan musiqi estetikasının zəngin bədii mübadiləsini əks etdirib. Əsərlər Səidə Zülfüqarova (piano), Giyom Martinye (violonçel) və Florian Maviel (skripka) tərəfindən yüksək peşəkarlıqla ifa olunub. İfaların keyfiyyəti, tembrlərin harmoniyası və dərin ifadəliliyi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Konsert Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin irsinə ehtiram əlaməti olmaqla yanaşı, XX əsr musiqi repertuarının zənginliyini və müasirliyini də ön plana çıxarıb. Musiqi axşamı sənətin xalqlar arasında yaxınlaşmanı təşviq edən güclü vasitə olduğunu bir daha nümayiş etdirib.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-nun sülh sənətçisi Hedva Ser, eləcə də Monqolustanın Fransadakı səfirinin nümayəndəsi də musiqi axşamına qatılıblar.
Baxış sayı: 100
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
