FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Birinci Türkoloji Qurultaya həsr olunmuş kitabın təqdimatı keçirilib
18-12-2025, 10:30 | MƏDƏNİYYƏT
Birinci Türkoloji Qurultaya həsr olunmuş kitabın təqdimatı keçirilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Türkiyənin Hacəttəpə Universitetinin müəllimi, Türk Dil Qurumunun sabiq sədri professor Şükrü Haluk Akalının “100. Yılında 100 soruda Bakü Türkoloji Qurultayı” kitabının təqdimatı keçirilib.

İnstitutdan Fact-info.az-a bildirilib ki, professor Şükrü Halukun faktlar, sənədlər, fotolar, rəsmi məlumatlar, xatirə və arxiv materialları əsasında hazırladığı kitab 1926-cı ildə Bakıda keçirilən və bütün Türk dünyasının mədəni-ictimai, siyasi tarixində mühüm bir hadisə kimi önəmli yer tutan qurultaya həsr olunub.

Tədbirdə Dilçilik İnstitutunun, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları ilə yanaşı, Qarabağ Universitetindən, Azərbaycan Dövlət Pedaqoji Universitetindən və Bakı Avrasiya Universitetindən gələn qonaqlar da iştirak ediblər.

İnstitutun direktor müavini dosent Baba Məhərrəmov tədbiri açaraq kitab haqqında məlumat verib.

Sonra Türk dilləri şöbəsinin baş elmi işçiləri filologiya elmləri doktoru, dosent Qətibə Mahmudova, filologiya elmləri doktoru, dosent Qətibə Quliyeva öz tarixi missiyası və bu günümüzə ötürdüyü bəşəri çağırışları ilə əhəmiyyətli elmi-praktik, ideoloji tədbir olan I Türkoloji Qurultayının tarixindən bəhs edən kitabın məziyyətlərindən danışıblar. Kitabın həm Türk dünyası, həm də gələcək türkoloji araşdırmalar üçün əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, I Türkoloji Qurultayın həm ideoloji-tarixi kontekstinin, həm təşkilati və elmi-praktik detallarını sistemli şəkildə, orijinal üslubda – sual-cavab formatında təqdim edilməsi kitaba sadəcə bir təsviri material kimi yox, konseptual yanaşmanı şərtləndirir.

Tədbirdə Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov, ADPU-nun professoru Elman Quliyev, Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva, Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov, Bakı Avrasiya Universitetinin müəllimi Kəmalə Ələkbərova qiymətli faktlarla zəngin olan kitabın tarixi-siyasi, eləcə də mənəvi dəyərindən söz açıb, uzun illərdir AMEA ilə elmi əməkdaşlıq edən professor Şükrü Haluk Akalına təşəkkür ediblər. Kitabdakı dəqiqlik baxımından əvəzsiz olan faktların, məlumatların gələcək araşdırmalara yol açdığı xüsusi qeyd olunub.

Tədbirdə çıxış edən müəllif məlumatların toplanması zamanı rastlaşdığı çətinliklərə, arxiv materiallarının və rəsmi faktların əldə edərkən yaşadığı əziyyətlərə baxmayaraq I Türkoloji Qurultayın pərdəarxası hadisələrini, gizli qalan məqamlarını açıqlayan belə bir kitabı ərsəyə gətirdiyi üçün qürur hissi keçirdiyini qeyd edib, göstərilən diqqətə görə institutun rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30