Londonda Britaniya Azərbaycanlıları Assosiasiyası tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Fact-info.az xəbər verir ki, tədbirdə çıxış edən assosiasiyanın sədri Hafiz Baxşəliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və həmrəyliyimizin rəmzi olduğunu qeyd edib. O bildirib ki, xaricdə yaşayan azərbaycanlıların birliyi, bir-birinə dəstəyi və milli dəyərlərə bağlılığı Azərbaycanın güclənməsində mühüm rol oynayır. H.Baxşəliyev vurğulayıb ki, diaspor təşkilatlarının əsas məqsədi azərbaycanlıları bir araya gətirmək, milli kimliyi qorumaq və gələcək nəsillərə ötürməkdir.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov isə qeyd edib ki, bu gün Azərbaycan regionda və beynəlxalq arenada sürətlə güclənən, nüfuzu artan bir dövlətdir. O vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti nəticəsində ölkəmiz siyasi, iqtisadi və mədəni sahələrdə mühüm nailiyyətlər əldə edib. E.Süleymanov əlavə edib ki, Azərbaycan mədəniyyətinin inkişafı və onun xaricdə layiqincə təqdim olunması ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır və bu baxımdan diaspor təşkilatlarının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə istedadlı musiqiçi, 2018-ci il Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın təmsilçisi Aisel (Aysel Məmmədova) konsert proqramı ilə çıxış edib. Sənətçi milli musiqilərimizlə yanaşı, müasir pop janrında ifa etdiyi mahnılarla tədbirə xüsusi rəng qatıb.
Aiselin yüksək peşəkarlıqla təqdim etdiyi səhnə performansı və canlı ifaları diaspor nümayəndələri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Onun repertuarı həm milli-mədəni dəyərlərimizin təbliği, həm də müasir Azərbaycan musiqisinin beynəlxalq səviyyədə təqdimatını özündə əks etdirib.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
