"2025-ci il təkcə Azərbaycan-Ermənistan əlaqələri üçün yox, həm də ümumilikdə Cənubi Qafqaz regionu üçün tarixi əhəmiyyətli bir mərhələ idi".
Fact-info.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “The Holland Times”a müsahibəsində deyib.
“Ölkələrimiz avqustda sülh razılaşmasının layihə sənədini parafladılar. Hansı ki, növbəti ildə imzalana biləcəyinə ümid edirik. ATƏT iki həftə əvvəl Minsk qrupu və əlaqəli qurumların bağlanması prosedurunu tamamladı. Minsk qrupu 2020-ci ildən bəri qeyri-funksional bir qurum idi. Bizim məqsədimiz ölkələrimiz arasında sülhün davamlılığından əmin olmaqdır. Buna nail olmaq üçün Ermənistanın Konstitusiyasının paraflanmış sülh razılaşmasına uyğun bir vəziyyətə gətirilməsi lazımdır. Bundan sonra müqavilə imzalana və hər iki tərəfin ratifikasiyasından keçə bilər”, - Elçin Əmirbəyov bildirib (APA).
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
