Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiya Aləmi” jurnalının 61/2025 saylı növbəti xüsusi buraxılışı nəşr edilib.
Xarici İşlər Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, jurnalın xüsusi buraxılışı “COP29: Yaşıl Dünya naminə Həmrəylik (COP29: In Solidarity for a Green World)” başlığı ilə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) sədrliyinə həsr olunub.
Jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın COP29 çərçivəsində keçirilmiş tədbirlərdə iştirakı və çıxışları, COP29 ilə bağlı Azərbaycanın xarici işlər naziri və Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin, eləcə də digər rəsmi şəxslərin məqalələri yer alıb.
Nəşrdə, həmçinin Azərbaycanın COP29 sədrliyinin yekunları, ölkəmizin qlobal iqlim diplomatiyasına verdiyi töhfələr, o cümlədən qəbul olunmuş sənədlər və COP29 sədrliyinin fəaliyyət gündəliyi üzrə irəli sürülmüş təşəbbüslər, habelə COP üçlüyü formatında fəaliyyəti və COP30 çərçivəsində töhfələri barədə ətraflı məlumat təqdim olunur.
Jurnalla bu keçiddən tanış olmaq mümkündür.
Baxış sayı: 170
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
