FACT-INFO.AZ » XƏBƏR » Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
16-12-2025, 18:00 | XƏBƏR
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib.

Fact-info.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra R.Vardanyanın müdafiəçisi Emil Babışov iki vəsatət təqdim edib.

Bildirib ki, sentyabrın 16-da keçirilmiş məhkəmə prosesi zamanı hüquqlarını qoruduğu təqsirləndirilən şəxs Ruben Vardanyan bir neçə vəsatət verib. Həmin vəsatətlərdən biri də şahid qismində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsinin məhkəmədə iştirakının təmin edilərək dindirilməsi barədə olub. Emil Babışov qeyd edib ki, müdafiə tərəfinin mövqeyinə görə, həmin təşkilatın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakı zəruridir. Belə ki, təqsirləndirilən şəxsin bildirdiyinə görə, ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı dövründə müxtəlif vaxtlarda BQXK-nın nümayəndələri Ruben Vardanyanın müvəqqəti saxlanıldığı yerə gələrək, onunla görüşüblər. Onun ərzaqla və geyimlə təmin olunmasına, ailə üzvləri ilə əlaqə saxlanılmasına köməklik göstəriblər.

Vəkil bildirib ki, təqsirləndirilən şəxsin mövqeyinə əsasən, Komitə nümayəndəsinin məhkəmədə iştirakının təmin olunmasında əsas məqsəd onun cinayət prosesində statusunun müəyyənləşdirilməsindən ibarətdir. Bu səbəbdən, BQXK-nın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakının təmin olunmasına köməklik göstərilməsini xahiş edir.

Təqsirləndirilən Ruben Vardanyan da hüquqlarını qoruyan vəkilinin vəsatətini müdafiə etdiyini bildirib.

Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Ruben Vardanyanın hazırda məhkəmədə baxılan cinayət işi üzrə statusunun təqsirləndirilən şəxs olduğunu xatırladıb. Vurğulayıb ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb olunub və ona ittiham elan edilib.

Bundan başqa, ona hüquqları izah olunub və bu barədə bildirişlər təqdim edilib, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilib. Bir ilə yaxındır davam edən məhkəmə prosesində təqsirləndirilən şəxs kimi öz hüquqlarından istifadə edir, hüquqlarını müdafiə edir, eləcə də vəsatətlər verərkən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsinə dəfələrlə özü istinad edib. Təqsirləndirilən şəxs kimi hüququndan istifadə edərək məhkəmə baxışı zamanı ifadə verməkdən də imtina edib.

Zəruri hesab etdikdə təqsirləndirilən şəxs qismində zərərçəkənlərə, şahidlərə suallar verir.

İttiham tərəfi hesab edir ki, Ruben Vardanyan özü də təqsirləndirildiyi cinayət işi üzrə prosessual statusunu başa düşür və dərk edir.

Göstərilən halda hər hansı beynəlxalq təşkilatın nümayəndəsinin məhkəmədə verəcəyi ifadənin şəxsin statusunu necə dəqiqləşdirəcəyi və ya nəyi müəyyənləşdirəcəyi təbii ki, qeyri-müəyyən haldır. Digər tərəfdən, beynəlxalq təşkilatın nümayəndəsi məhkəmə prosesində hansısa şəxsin statusunu müəyyənləşdirmir.

Qeyd olunanları nəzərə alaraq dövlət ittihamını müdafiə edən prokuror məhkəmədən vəsatətin təmin olunmamasını xahiş edib.

Məhkəmə tərəfləri dinlədikdən sonra yerində müşavirə keçirərək qərar qəbul edib.

Qərara əsasən vəsatət təmin olunmayıb. Qərarı əsaslandıran zaman sədrlik edən Zeynal Ağayev verilmiş vəsatətin baxılan işə aidiyyətinin olmadığını, hansısa bir sübut əhəmiyyəti daşımadığını və bu səbəbdən də rədd edildiyini deyib. Əlavə edib ki, məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsinə baxır. Hansısa beynəlxalq təşkilatın nümayəndəsinin bununla bağlı deyəcəklərinin məhkəmə üçün heç bir əhəmiyyəti yoxdur.

Sonra vəkil Emil Babışov məhkəməyə ikinci vəsatəti təqdim edib. Bildirib ki, cinayət işinin materiallarında iş üzrə təqsirləndirilən Ruben Vardanyanın istifadəsində olmuş ofisə və yaşadığı evinə baxış keçirilməsinə dair protokol və videomaterialların toplandığı disklər var. Müdafiə tərəfinin mövqeyinə görə, müvafiq istintaq hərəkətləri aparılarkən çəkilmiş videolardakı bəzi faktların aydınlaşdırılmasına zərurət olduğundan, müstəntiqin məhkəmədə şahid qismində iştirakı təmin edilərək dindirilməlidir.

Təqsirləndirilən Ruben Vardanyan vəsatəti müdafiə etdiyini deyib.

Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev müdafiə tərəfinin vəsatətinin əsassız olduğunu deyərək fikrini belə əsaslandırıb ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95-ci maddəsində cinayət işi ilə əlaqədar səlahiyyətlərini yerinə yetirmiş müstəntiqin dindirilməsi üçün konkret əsaslar müəyyənləşib. Hazırda baxılan cinayət işi üzrə məhkəmə prosesində bu hallar aşkar olunmayıb. İttiham tərəfi hesab edir ki, müstəntiqin iş üzrə şahid qismində dindirilməsində zərurət yoxdur və müdafiə tərəfi fikrini kifayət qədər əsaslandırmayıb.

Qeyd edilənlər nəzərə alınmaqla vəsatətin rədd olunması xahiş edilib.

Məhkəmə tərəflərin fikirlərini dinləyərək qərar qəbul edib. Qərara əsasən, verilmiş vəsatət rədd edilib. Qərar əsaslandırılan zaman vurğulanıb ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95-ci maddəsində şahid qismində dindirilə bilməyən şəxslər müəyyən edilib və müstəntiq həmin şəxslərə aiddir.

Bundan sonra iclasa sədrlik edən hakim Zeynal Ağayev məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib.

Tərəflər məhkəmə istintaqının yekunlaşmasına və çıxışların başlanılmasına etiraz etmədiklərini bildiriblər.

Dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər.

Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.




Baxış sayı: 70
DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib Bu gün, 10:30 Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb Bu gün, 10:00 Tarixin yaddaşına işıq salan alim — Qafar Cəbiyev Bu gün, 09:30 Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Dünən, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Dünən, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Dünən, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Dünən, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Dünən, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00 Zelenski ABŞ-dən "Patriot" raketlərinin ən azı 5 faizini Ukraynaya satmağı xahiş edib 13-08-2026, 10:30 İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi 13-08-2026, 10:00 BDYPİ piyadalara müraciət edib: “Yol təhlükəsizliyi hər kəsin düzgün davranışından başlayır” 13-08-2026, 10:00 Türk dünyasında diasporun rolu müzakirə edilib 13-08-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31