Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi dövlətin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu istiqamətdə görülən işlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursat təhlükəsi hələ də mövcudluğunu saxlayır. Təhlükənin aradan qaldırılması məqsədilə ərazilərdə genişmiqyaslı təmizləmə tədbirləri aparılır, paralel olaraq əhalinin maarifləndirilməsi davam etdirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Fact-info.az-a bildirilib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə və təbliğat işlərinin tərkib hissəsi olan növbəti videoçarx əhalini mina təhlükəsinə qarşı ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır.
Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə hazırlanan videoçarx işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsinə dair ictimai məlumatlılığın artırılmasına xidmət edir.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
