FACT-INFO.AZ » MƏDƏNİYYƏT » UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb
16-12-2025, 10:30 | MƏDƏNİYYƏT
UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb

Parisdə UNESCO-nun mənzil-qərargahında təşkilatın yubileylər proqramına daxil edilmiş memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş sərginin açılış mərasimi olub.

Fact-info.az xəbər verir ki, sərgi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi, UNESCO yanında Daimi Nümayəndəliyin, Azərbaycan Memarlar İttifaqı və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı və UNESCO-nun tərəfdaşlığı ilə təşkil edilib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, UNESCO-nun Baş direktorunun Mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, ölkəmizin UNESCO üzrə Milli Komissiyasının nümayəndəsi Nigar Rəhimli, Azərbaycan Respublikasının Əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının katibi və İttifaqın Peşəkar Etika Kollegiyasının sədri Rasim Babakişiyev çıxış edərək, Əcəmi Naxçıvaninin həyat və yaradıcılığı haqqında məlumat veriblər.

Natiqlər bildiriblər ki, Azərbaycanın görkəmli orta əsr memarı Əcəmi Naxçıvaninin yubileyi UNESCO-nun 2024–2025-ci illər üzrə Yubileylər Siyahısına daxil edilib və bu, Azərbaycan mədəni irsinin dünya miqyasında tanıdılmasının növbəti nümunəsidir. Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinin qeyd edilməsi Azərbaycanın Ümumdünya İrs Komitəsinin üzvü olduğu dövrə təsadüf edir və ölkəmizin qlobal səviyyədə mədəni irsin qorunmasına sadiqliyini bir daha nümayiş etdirir.

Qeyd edilib ki, Əcəmi Naxçıvani Azərbaycan mədəniyyət tarixinin ən parlaq simalarındandır. Riyazi dəqiqliyi bədii təxəyyüllə birləşdirən memar Naxçıvan memarlıq məktəbinin banisi kimi tanınır. XII əsrin nadir inciləri olan Möminə Xatun türbəsi və Yusif ibn Küseyr türbəsi onun dahiliyinin bariz nümunələridir. Əcəmi məkan quruluşunda yeni prinsiplər tətbiq edərək, unikal ornamental üslub yaradıb və həndəsi dili dövrü üçün misilsiz səviyyəyə yüksəldib.

Diqqətə çatdırılıb ki, onun yaradıcılıq irsi əsrlər boyu memarları və sənətkarları ilhamlandırıb, regionda memarlıq düşüncəsinin inkişafına güclü təsir göstərib. Əcəmi Naxçıvaninin irsi memarlıqla məhdudlaşmır. Onun obrazı təsviri sənətdə də əksini tapıb. 1983-cü ildə Bakıda keçirilən Şərq Xalça Sənəti üzrə Beynəlxalq Simpozium zamanı görkəmli xalça ustası Lətif Kərimovun toxuduğu və Əcəmi Naxçıvanini təsvir edən xalça UNESCO-ya hədiyyə edilib. Bu gün həmin xalça UNESCO-nun divarlarını bəzəyərək dostluq və mədəni mübadilənin rəmzinə çevrilib.

Sərgidə Əcəmi Naxçıvaninin həyatına və yaradıcılığına həsr olunmuş şəkillərdən əlavə, Türk Mədəni İrsi Fondu tərəfindən hazırlanmış yeni kitab və broşürlər təqdim olunub. Bu kitab orta əsr Azərbaycan memarlığının öyrənilməsi baxımından dəyərli elmi töhfədir.




Baxış sayı: 135
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30