FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Xalq artisti Rəşid Behbudovun 110 illiyinə həsr olunmuş konsert təşkil edilib
15-12-2025, 19:30 | MƏDƏNİYYƏT
Xalq artisti Rəşid Behbudovun 110 illiyinə həsr olunmuş konsert təşkil edilib

Azərbaycan Dövlət Mahnı Teatrında dünyaşöhrətli sənətkar, Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş qala-gecə keçirilib.

Fact-info.az xəbər verir ki, bu barədə Dövlət Mahnı Teatrından bildirilib ki, sənətkarın doğum günündə adını daşıyan Dövlət Mahnı Teatrının təşkilatçılığı ilə keçirilən gecədə rəsmi şəxslər, ziyalılar və sənət nümayəndələri iştirak ediblər.

Konsertin rəsmi hissəsində mədəniyyət nazirinin müavini Murad Hüseynov, Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirova və Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış edərək Rəşid Behbudov irsinin zənginliyindən bəhs ediblər. Bildirilib ki, əsl müğənni və sənətkar ömrü yaşamış Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə adını musiqi mədəniyyəti tariximizə əbədi həkk edib.

Gecənin bədii hissəsində dirijor Ellada Məmmədovanın rəhbərliyi altında Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Salman Qəmbərov, Əməkdar artistlər Ramil Qasımov, Fərid Əliyev, Nurlan Növrəsli, eləcə də sevilən ifaçılar İlhamə Qasımova, Ayşən Mehdiyeva, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Ərəstun Quliyev, Urfan Cəfərov və Nicat Aslanov çıxış ediblər.

Tədbirdə Rəşid Behbudovun zəngin yaradıcılıq irsini əks etdirən arxiv görüntüləri qonaqlara təqdim olunub.




Baxış sayı: 175
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30