Ukraynada ədalətli və real atəşkəs variantı “olduğumuz yerdə qal” prinsipi ola bilər. Bu, o deməkdir ki, tərəflər indiki mövqelərini qoruyub saxlayırlar və bütün məsələlər diplomatik yolla həll olunur.
Fact-info.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mediaya müsahibəsində bildirib. Zelenski bu modelin de-fakto atəşkəs olduğunu, lakin Rusiyanın buna mənfi baxdığını bildirib."Bizim "olduğumuz yerdə qal" siqnalına cavab olaraq ruslar cavab verir ki, Ukrayna Donbasdan çıxmalıdır, yoxsa onsuz da onu işğal edəcəklər", - deyə Zelenski bildirib.
Prezident vurğulayıb ki, Rusiya fəal şəkildə dezinformasiya yayır, xüsusən də cəbhədəki vəziyyətlə bağlı. O, buna misal olaraq Kupyanskın guya işğalı və Ukrayna qoşunlarının mühasirəyə alınması ilə bağlı iddiaları göstərib."Mən bu yaxınlarda Kupyanskda oldum və bu şəhərə kimin nəzarət etdiyini göstərdim. Rusiyadan bu kimi çoxlu dezinformasiyalar gəlir. Ona görə də mən ABŞ həmkarlarımıza işarə etdim ki, Rusiyanın hər dediyinə inanmasınlar", - dövlət başçısı qeyd edib. Zelenskinin sözlərinə görə, Rusiya resurslarına qənaət etmək üçün Ukraynanın şərqini təkcə hərbi deyil, həm də siyasi və diplomatik yolla işğal etməyə çalışır. “Sonra ABŞ dedi: “Gəlin uzlaşaq: Rusiya ordusu Ukraynanın şərqinin bəzi hissələrinə girməyəcək, Ukrayna Silahlı Qüvvələri isə geri çəkiləcək”. Mən bunun ədalətli olduğunu düşünmürəm”, - deyə Zelenski bildirib.
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
