FACT-INFO.AZ » QHT » “Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anım günü ilə əlaqədar bir sıra tədbirlər keçirib
13-12-2025, 07:00 | QHT
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anım günü ilə əlaqədar bir sıra tədbirlər keçirib

“Böyük Qayıdış” Gənclər Təşkilatı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirib. 

Silsilə tədbirlər çərçivəsində I Fəxri Xiyabanda Ulu Öndərin məzarı ziyarət edilib, Heydər Əliyev Mərkəzinə ekskursiya və “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı panel müzakirə təşkil olunub.

Tədbirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə təşkil edilib.

Təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və üzv gənclər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, müasir Azərbaycanın qurucusunun əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.

Tədbirlər planına uyğun olaraq üzv gənclərin və Qayıdış könüllülərinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiyada iştirak edən gənclər Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə yaxından tanış olub və burada nümayiş olunan, Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar haqqında ətraflı məlumat əldə ediblər.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birgə əməkdaşlıq çərçivəsində  “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı panel müzakirə təşkil edilib.

Panel müzakirədə millət vəkilləri Ceyhun Məmmədov və Məzahir Əfəndiyev, təşkilat sədrləri və nümayəndələri iştirak ediblər.

Görüş zamanı natiqlər ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas prinsiplərindən, respublikamıza rəhbərliyi dövründə milli şüurun oyanışı və Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi istiqamətində həyata keçirilən tədbirlərin mütərəqqiliyindən, eyni zamanda gənclər siyasətindən söz açıblar. Bildiriblər ki, milli düşüncənin formalaşmasında, gəncləri dövlətin gələcəyi kimi görərək  onların təhsili, peşəkar inkişafı və vətənpərvərlik ruhunda böyüməsində Heydər Əliyevin misilsiz xidmətləri olub. Qeyd olunub ki, bu gün Ulu Öndərin ruhu şaddır. Onun ən böyük arzusu reallaşıb, işğal altındakı torpaqlarımız azad edilib, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə həyatın yenidən canlanması artıq başlayıb. Ulu öndər Heydər Əliyevlə bağlı maraqlı və zəngin xatirələrini bölüşən qonaqlar sonda gənclərin suallarını cavablandırıblar.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30