FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Sənət əsərlərini yalnız estetika deyil, düşüncə modeli kimi təqdim edirik
13-12-2025, 11:30 | MƏDƏNİYYƏT
Sənət əsərlərini yalnız estetika deyil, düşüncə modeli kimi təqdim edirik

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində keçirilən tədbirlər ərəfəsində Azərbaycanın sandıq və mücrü sənətkarlığı nümunələri çoxsaylı ziyarətçilərə təqdim edildi. Sərgidə nümayiş olunan əsərlərin hər birinin öz tarixçəsi və mənası var. Hər bir nümunə keçmişin izlərini, xalqın yaddaşını, simvolik düşüncə qatlarını və fərdi yaradıcılığın müəllif imzasını özündə ehtiva edir.

Bunu Fact-info.az-a açıqlamasında Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı deyib.

O, təqdim olunan əsərlərin düşüncə oyadan, hekayə yaradan, mesaj ötürən, kodlar və simvollar daşıyan çoxqatlı məna sisteminə əsaslandığını bildirib: “Tətbiq olunan beyin mərkəzli yaradıcılıq metodologiyası sənət əsərinin yaradılmasında yalnız estetikaya deyil, insan beyninin düşüncə modeli, yaddaş mexanizmləri və dərin mənanı qavrama xüsusiyyətlərinə əsaslanan xüsusi yaradıcılıq yanaşmasına söykənir. Məqsədimiz təkcə sandıq və mücrü sənətini yaşatmaq deyil, həm də funksionallığını itirmiş qədim məişət əşyalarına və unudulmuş sənətkarlıq nümunələrinə yeni nəfəs verərək, dövrümüzə qaytarmaqdır. Bu, həm milli irsin qorunmasına, həm də onun müasir bədii dillə yenidən təqdim olunmasına xidmət edir”.

Lalə Sərdarlı əlavə edib ki, bu cür mühüm yaradıcılıq tədbirlərində belə əsərlərin nümayişi Azərbaycan mədəniyyətinin zənginliyini dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, hər bir təqdimat həm sənət irsimizin tanıdılmasına, həm də yaradıcı yanaşmaların beynəlxalq səviyyədə dəyərləndirilməsinə imkan yaradır.




Baxış sayı: 125
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031