FACT-INFO.AZ » SİYASƏT » Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
12-12-2025, 21:00 | SİYASƏT
Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı dekabrın 12-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda anım tədbiri keçirilib.

Baş Konsulluqdan  Fact-info.az-a bildirilib ki, tədbirdə Təbriz şəhərinin meri Davud Gərşasbi, Şərqi Azərbaycan valiliyinin Siyasi, seçki və bölgü məsələləri üzrə Baş idarəsinin rəisi Sadeq Əhmədi, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Məhəmməd İbrahimi, Türkiyənin Təbriz şəhərində baş konsulu Mete Zaimoğlu, Təbrizdə yaşayan, habelə təhsil alan Azərbaycan vətəndaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Baş konsul Taleh Zöhrabov Azərbaycanın müasir tarixinin böyük bir hissəsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıraraq, dahi şəxsiyyətin bütün fəaliyyətinin ölkəmizin tərəqqisi ilə yanaşı, daha geniş coğrafiyanın inkişafına və xalqların rifahına xidmət etdiyini söyləyib.

Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın formalaşmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərinin olduğunu bildirən T.Zöhrabov zaman keçdikcə bu xidmətlərin böyük faydalı cəhətlərinin daha aydın göründüyünü vurğulayıb, Ümummilli Liderin müəyyənləşdirdiyi səmimi dostluq və mehriban qonşuluq siyasətinin bütün dünya üçün örnək olduğunu qeyd edib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz daha da güclənib, bütün dünyada nüfuz sahibinə çevrilib.

Tədbirdə, həmçinin Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.




Baxış sayı: 125
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30