FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Görkəmli türkoloq alim Cavad Heyətin 100 illiyinə həsr olunan tədbir keçirilib
11-12-2025, 18:00 | MƏDƏNİYYƏT
Görkəmli türkoloq alim Cavad Heyətin 100 illiyinə həsr olunan tədbir keçirilib

Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq alim, professor Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib. Tədbir çərçivəsində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrə aid orijinal əlyazması Azərbaycan Milli Kitabxanasına hədiyyə olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu Öndərin əziz xatirəsi yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Ulu Öndərin Azərbaycan mədəniyyətinə, o cümlədən Milli Kitabxanaya göstərdiyi xüsusi diqqətdən bəhs edib.

O, ilk dəfə 1995-ci ildə Azərbaycan Milli Kitabxanasında tədbirdə iştirak edərkən Ulu Öndərin öz şəxsi kitabxanasından 300 nüsxə kitabı kitabxanaya bağışladığını bir daha diqqətə çatdırıb.

“Ulu Öndərin əsasını qoyduğu bu ənənə bu gün də davam edir və Ankara Universitetinin müəllimi Məmmədrza Heyətin Milli Kitabxanaya dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını hədiyyə etməsini də bu ənənənin yaxşı nümunəsi hesab etmək olar”,-deyə Kərim Tahirov vurğulayıb.

Görkəmli cərrah və türkoloq alim Cavad Heyətin zəngin və çoxşaxəli yaradıcılığından danışan, Milli Kitabxanada alimin zəngin kolleksiyasının qorunduğunu qeyd edən direktor görkəmli həkimin mənəvi varisi Məmmədrza Heyətinin təşəbbüsünü yüksək qiymətləndirərək ona kollektiv adından minnətdarlığını bildirib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli professor Cavad Heyətin ən çətin dövrdə belə ölkəmizi dünyaya tanıtmaq uğrunda mübarizəsindən, əsasını qoyduğu “Varlıq” dərgisi ilə İranda yaşayan ziyalıların yeganə anadilli mətbuat kürsüsü olmasından bəhs edib.

Xalq şairi Sabir Rüstəmxanlı doktor Cavad Heyətin 25 il “Varlıq” jurnalını çətin siyasi rejim şəraitində nəşrini davam etdirməsini heç də asan iş olmadığını vurğulayıb, dilimizin üstünlüyünə əhəmiyyət verən alimin ensiklopedik zəkası, daim mənbələrə istinad etməsi, mədəniyyət tariximizdə müstəsna yeri olduğu barədə bəhs edib. Görkəmli alimin qardaşı oğlunun xeyirxah addımını müqəddəs iş kimi dəyərləndirib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov Cavad Heyətin BDU-nun fəxri doktoru adı alarkən tarix fakültəsinə gəlməsindən danışaraq onun mənəvi varisi Məmmədrza Heyətin Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını Milli Kitabxanaya hədiyyə etməsini yüksək qiymətləndirib.

Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva bu iki tədbiri bir amalın - Azərbaycançılığın birləşdirdiyini, ona görə də bugünkü mərasimin həm Azərbaycanın mədəni-mənəvi həyatında, həm də siyasi-ictimai həyatında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrdə üzü köçürülmüş ilk nüsxələrindən biri olan bu əlyazmasının doktor Cavad Heyətdə olmasının Azərbaycana bağlığın göstəricisi olduğunu bildirib, Cavad Heyəti yeni tariximizdə özünəməxsus yeri olan “Vətən” Cəmiyyəti vasitəsilə tanıdığını qeyd edib.





Baxış sayı: 35
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30