FACT-INFO.AZ » AKTUAL » Beynəlxalq hüquq separatizmi, terrorçuluğu dəstəkləmir
11-12-2025, 13:30 | AKTUAL
Beynəlxalq hüquq separatizmi, terrorçuluğu dəstəkləmir
Bu gün dünyanın sepatizmdən, terrordan əziyyət çəkdiyi məqamda Avropa İttifaqı müharibə cinayətlərində ittiham olunan erməniləri himayə edir.
Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilmiş Tərəfdaşlıq Şurasının VI iclası nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənəddə Azərbaycan xalqına qarşı müxtəlif cinayətlərdə ittiham olunan ermənilər “hərbi əsir” kimi göstərilir. Bu məkrli sənəd Ermənistanın oyunudur, yoxsa Avropa İttifaqının erməni separatizminə gələcək dəstəyidir? Bu bilmək olmur. Amma, lakin o dəqiq və aydındır ki, separatizmə, terrorçuluğa qarşı mübarizə davam etməlidir.
Bu gün tarixi ədalətin qələbəsinin nəticəsidir ki, Azərbaycan xalqına qarşı qətldə, separatçılıq əməllərində ittiham olunan ermənilərin bir qisminin Bakı şəhərində məhkəmə prosesi aparılır. Düşünürəm ki, məhkəmə çox ədalətli qərarlar çıxararaq canilərə layiqli cəzalarını verəcək. Amma bir narahatedici məqam ondan ibarətdir ki, müharibə cinayətləri törədən, yüzlərlə dinc azərbaycanlılarının qətlinə fərman verən bəzi ermənilər, xüsusilə, keçmiş prezidentlər Robert Köçəryan, Serj Sərkisyan və digərləri hələki istintaqa cəlb olunmayıb. Belə vələdüznaların məhkəmə qarşısına çıxarılması çox zəruridir.
Tarixin müxtəlif dönəmlərində müharibə cinayətlərində ittiham olunan və beynəlxalq ədalət məhkəməsinin hökmü nəticəsində bir çox qaranlıqlara işıq salınıb. Xüsusilə, II Dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi.
Əslində soyqırım törədən, dinc insanların ölümünə bais olan cinayətkarların cəzalandırılması baxımından belə faktlar bəşəriyyət üçün çox yaxşı təcrübədir. Bu da onu göstərir ki, beynəlxalq hüquq separatizmi, terrorçuluğu heç zaman dəstəkləmir.
Əkrəm Bəydəmirli



Baxış sayı: 135
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30