Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı qaydalarda dəyişiklik ediləcək. Fact-info.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həm də illik xərclərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən az olmamalıdır.
Layihəyə əsasən, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi üzrə illik xərclərin miqdarı bilavasitə məhsul istehsal edən və istehsalat sahələri olan müəssisələr və fiziki şəxs olan işəgötürənlər üçün işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən, digər müəssisələr və fiziki şəxs olan işəgötürənlər üçün isə bir faizindən az olmamalıdır.
Baxış sayı: 195
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
