İsveçrənin Cenevrə şəhərində keçirilən Milad yarmarkasında “Səfər. Araz boyunca ruhlar səyahət edir” adlı tamaşa nümayiş olunub. Tamaşanın xoreoqrafiyasının və səhnə quruluşunun müəllifi azərbaycanəsilli Mariya Xan-Xoyskaya və ispanəsilli Kristina Farauladır.
Diasporla İş üzrə Dövlət Komitəsindən Fact-info.az-a bildirilib ki, tamaşada “Nəlbəki” milli rəqsi alqışlarla qarşılanıb. Rəqs Mariya Xan-Xoyskayanın, Kristina Faraulanın və onun isveçrəli tələbəsi Pema Qiyonun ifasında təqdim olunub. Bununla yanaşı, “Lalələr” və “Ay Laçın” kimi xalq mahnılarımızın müşayiətilə edilən rəqslər də izləyicilərin zövqünü oxşayıb.
Tamaşada, həmçinin iranlı musiqiçi Sara Axavanın setar və qopuzda ifaları, Azərbaycan və fars dillərində oxuduğu mahnılar böyük maraqla izlənib.
Qeyd edək ki, tədbir Cenevrə Bələdiyyəsinin xəbər portalında, “My Switzerland”, “Switzerland Tourism”, “Geneva Tourism”, “Les Genevois”, “Guidle.com”, “Rouge FM” kimi yerli media orqanlarında işıqlandırılıb.
Baxış sayı: 115
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
