FACT-INFO.AZ » QHT » Yaradıcı Sənayelər üzrə Bakı Kommünikesi qəbul edilib
10-12-2025, 08:30 | QHT
Yaradıcı Sənayelər üzrə Bakı Kommünikesi qəbul edilib

“İƏT Mədəniyyət Festivalı – Bakı Yaradıcı Həftə 2025” çərçivəsində Yaradıcı Sənayelər üzrə Bakı Kommünikesi qəbul olunub. Fact-info.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini, səfir Tariq Ali Baxit tərəfindən səsləndirilən sənəddə Bakıda keçirilən və dekabrın 11-dək davam edəcək festivalın mədəniyyətlərarası dialoqun, tolerantlığın, sülhün və mədəni müxtəlifliyə hörmətin təşviqinə mühüm töhfə verdiyi qeyd edilib. Kommünike sənədi, həmçinin, Azərbaycanın yaradıcı sənayelərin inkişafında və mədəni əməkdaşlığın gücləndirilməsində artan rolunu qeyd edir.

Kommünike sənədində bildirilir ki, festivalda 40-dan çox ölkədən 300-dən artıq xarici qonaq iştirak edib. Dövlət qurumlarının, beynəlxalq təşkilatların, elmi və mədəni institutların nümayəndələrinin qatıldığı tədbirlərdə ümumilikdə 5 mindən çox iştirakçı yer alıb. Proqram çərçivəsində kino, teatr, moda, dizayn, musiqi, oyun sənayesi və rəqəmsal startaplara həsr olunan çoxsaylı sessiyalar təqdim olunub.

Sənəddə festivalın əsas tədbirləri kimi “MYFORUM” Mədəni və Yaradıcı Sənayelər Forumu, “MYEXPO – Creative Village” sərgisi, “Baku Cinema Breeze 2025” beynəlxalq kino proqramı, “Eastern Fashion Show” və “G HUB” Beynəlxalq Oyun Texnologiyaları Sammiti qeyd edilir. Həmin platformaların bilik mübadiləsi, tərəfdaşlıqların qurulması və ölkələr arasında yaradıcı əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar yaratdığı vurğulanır.

Kommünike sənədi iştirakçılar tərəfindən yaradıcı sənayelərin iqtisadi şaxələndirmə dayanıqlı inkişaf üçün əhəmiyyətli vasitə kimi dəyərləndirildiyini bildirir. Həmin çərçivədə rəqəmsal innovasiya, sahibkarlıq, mədəni irsin qorunması və yeni texnologiyalardan məsuliyyətli istifadə istiqamətlərində İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi çağırışı səsləndirilir. Həmçinin birgə proqramlar, institusional tərəfdaşlıqlar və dövlət-özəl əməkdaşlığı daxil olmaqla innovativ maliyyə mexanizmlərinin genişləndirilməsi vacib hesab edilir.

Sənəddə festivalın təşkilinə görə Azərbaycan Hökumətinə dərin minnətdarlıq ifadə olunur. Kommünike sənədi Prezident İlham Əliyevin İƏT ilə əməkdaşlığın inkişafı, İslam həmrəyliyinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun təşviqindəki liderliyinə xüsusi diqqət yetirir.

Sənəddə “İƏT Mədəniyyət Festivalı – Bakı Yaradıcı Həftə 2025”in İƏT-ə üzv ölkələr arasında yaradıcı sənayelər üzrə əməkdaşlığın yeni səhifəsini açdığına inam ifadə olunur.




Baxış sayı: 140
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30