FACT-INFO.AZ » XƏBƏR » Cəmcəmlinin yeni dönəmi
9-12-2025, 20:30 | XƏBƏR
Cəmcəmlinin yeni dönəmi

Əvvəllər Qobustan rayonunun Cəmcəmli kənd sakinləri bəzi problemlərlə üzləşirdilər. Kənddə suyun qıtlığı, yanacağın olmaması, eləcə də rayon mərkəzinə qədər olan yolun bərbadlığı və s. xeyli çətinlik yaradırdı. Hətta məktəbin binası da köhnə tikilidən ibarət idi. Artıq bu problemlər son dövrdə öz həllini tapıb. Kənd sakinlərinə məxsus təsərrüfatlar da genişləndirilib.

Hal-hazırda kənddə 274 təsərrüfat olmaqla 1515 nəfər yaşayır. Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. Kənd 1650 hektar əkinə yararlı torpaq sahəsinə malikdir. 2662 hektar otlaq sahəsi vardır ki, burada sakinlərə məxsus 610 baş iribuynuzlu heyvan və 5870 baş xırdabuynuzlu heyvan qidalanır. 3 toxumçu təsərrüfatı fəaliyyət göstərir ki, burada onlarla kənd sakini işləyir.

Cəmcəmli kənd sakinləri artıq öz xoş günlərini yaşayırlar. Son dövrdə 180 yerlik ikimərtəbəli məktəb binası inşa edilərək, şagird və müəllim kollektivinin ixtiyarına verilmişdir. Özü də müasir avadanlıqlarla təmin edilmişdir. Kəndə fasiləsiz axını olan su xətti çəkilmiş, rayon mərkəzinə olan 8 km-lik yol keyfiyyətli şəkildə asfaltanmışdır. Bütün evlərdə mavi qaz sobalarda şölələnir.

Tibb məntəqəsi də sakinlərə xidmət göstərir. Yeni internet xətti də çəkilmişdir. Artıq kənddaxili yolun 2650 metri asfatlanmışdır. Kənddaxili yolun qalan 1700 metri növbəti mərhələdə asfatlanacaqdır. Kəndarası yolun kənarlarına 1000 ədəd eldar şamı və 2000 ədəd müxtəlif növ ağaclar əkilmişdir. Ağacəkmə kampaniyası indi də davam etməkdədir. Kənddə mövcud problemlərin tam şəkildə həll olunmasında Qobustan Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi əvəzolunmazdır.

Dövlət başçımızın iri şəhərlərlə yanaşı kəndlərə də göstərdiyi qayğını və diqqəti biz, cəmcəmlilər daima hiss etimişik. Məhz bunun nəticəsidir ki, Cəmcəmli kəndində olan sakinlərin rahat yaşaması üçün zəruri problemlər vaxtında və tam şəkildə öz həllini tapmışdır. Göstərilən bu qayğıya görə hörmətli Prezidentimiz İlham Əliyevə biz, cəmcəmlilər öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. 

 

 

Məhəmməd Bayramov

Rayon Ağsaqqalar Şurasının Cəmcəmli kəndi üzrə nümayəndəsi

 

 




Baxış sayı: 615
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30